Yuxarı

Müharibədə belə ümidsizlik yox idi – Rafiq Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibədə belə ümidsizlik yox idi – Rafiq Əliyev

Mən II Dünya müharibəsini də görmüşəm, onun fəsadlarını, nəticələrini də. Ancaq ömrüm boyu bu qədər təhlükəli, gələcəyi qaranlıq vəziyyət görməmişəm. İndi insanlarda böyük “koronafobiya”, ümidsizlik, qorxu yaranıb. Müharibə dövründə bu ümidsizliyi, qorxunu müşahidə etməmişdim.

Axar.az xəbər verir ki, bu sözləri dünya şöhrətli alim, görkəmli azərbaycanlı professor Rafiq Əliyev dünyanı cənginə alan koronavirusun yaratdığı fəsadlar, təhlükədən insanlığın necə xilas olmasının yolları barədə Moderator.az-a danışarkən deyib.

R.Əliyev bildirib ki, bütün dövrlərdə çətinliklərdən bəşəriyyəti yalnız elm xilas edib:

“Siyasətçilərdən, dövlət adamlarından tutmuş sıradan insanlara qədər, hamı düşünür ki, görəsən, alimlər nə etdilər, bu bəlanın əlacını tapdılarmı? Görəsən, nə vaxt tapılacaq? Yenidən hər kəsin vektoru elmə, alimlərə yönəlib. Bax, mən tövbə etmək buna deyirəm. Yaranmış katarsis göstərir ki, biz əgər bu bəladan qurtula biləriksə, bu çətinlikdən çıxarıqsa, o zaman sivilizasiyaya gedəcəyik.

Belə bir yəhudi rəvayəti var. Leov adlı bir kahin bir məxluq yaradır, ona can verir, ancaq ruh vermir. Bu məxluq başlayır böyük rəzalətlərlə məşğul olmağa, insanları məhv etməyə. Çünki ruhu yox idi. Sonda kahin məcbur olub yaratdığı məxluqu öldürür. Ancaq indi bizim elmimiz bu qorxulu virusu öldürə bilmədi. Nə üçün? Təəssüf ki, dövrümüzdə elmə düzgün əhəmiyyət verilmədi. Çünki elmə fikir verilmədi, elmin rolu düzgün qiymətləndirilmədi. Niyyəti başqa oldu, ruhu olmadı. Bayaq vurğuladığım kimi, bu göstərir ki, nicat üçün elmə söykənmək lazımdır”.

R.Əliyev deyib ki, yeni sivilizasiyaya keçə bilsək, gərək burada da elmlə əxlaq arasında bir harmoniya olsun:

“Əsl alimlər humanist məqsədlər üçün yaradırlar. Stalin nə qədər təzyiq göstərsə də, görkəmli alim Kapitsa atom bombası ilə məşğul olmadı. Hətta sürgünə göndərildi. Xirosimaya atom bombası atılanda Eynşteyn dedi ki, bilsəydim ki, mənim elmi uğurumun nəticəsi belə olacaq, mən bu nəzəriyyəni yaratmazdım. Ona görə də vacibdir ki, elmlə əxlaq, humanist dəyərlər yanaşı getsin. Təəssüf ki, indi əxlaqi dəyərlər çox axsayır. Bütün dövrlərdə bəşəriyyəti çətinliklərdən yalnız elm xilas edib”.

Tarix
2020.04.15 / 11:38
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla