Yuxarı

Prezident Azərbaycan xalqını təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Azərbaycan xalqını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Azərtac xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi əziz Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı, səadət və uğurlar arzulayıram.

Novruz bayramı mənşəyini uzaq keçmişimizin ən dərin qatlarından alıb Azərbaycan xalqının mənəviyyat aləminin zənginliyini günümüzədək layiqincə yaşadır. Tanrının misilsiz hikmətlə yaratdığı təbiətə sonsuz sevgi və yüksək ehtiramın parlaq təzahürü olan bu bayramda ulu babalarımızın minilliklərin sınağından çıxmış həyat fəlsəfəsi dolğun təcəssümünü tapmışdır. Odlar diyarını sivilizasiyaların qovuşuğundakı qədim mərkəz olaraq tanıdıb şöhrətləndirmiş mədəni sərvətlər xəzinəmizdə Novruz mərasimləri müstəsna mövqeyə malikdir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı Bahar bayramının dünya irsinin şah əsərləri sırasında olması hər bir azərbaycanlıya qürur verir.

Yaz bayramı özündə qoruyub saxladığı misilsiz mənəvi qüvvət sayəsində tariximizin ən çətin və mürəkkəb dövrlərində belə gələcəyə nikbin baxmağımızı təmin etmişdir. Ötən əsrin sonlarına doğru müstəqil dövlətçilik idealımıza yenidən qovuşduqdan sonra o, rəsmi milli bayram statusunu qazanmışdır. Builki Novruz bayramını Birinci Avropa Oyunları ərəfəsində qeyd edirik. Yeniləşən, müasirləşən Azərbaycan müxtəlif ölkələrdən çoxsaylı iştirakçıları Novruz günlərində xüsusən aydın ifadəsini tapan ənənələrimizə uyğun böyük qonaqpərvərliklə qəbul etməyə hazırlaşır. Ümidvaram ki, xalqımıza xas ürək açıqlığı bu Oyunları mühüm idman və mədəniyyət bayramına çevirəcək, onun insanların yaddaşlarında unudulmaz hadisə kimi həkk olunmasına xidmət göstərəcəkdir.

Novruz bayramını ölkəmizin hüdudlarından uzaqlarda bütün soydaşlarımız azərbaycançılıq məfkurəsi işığında bizimlə birgə qarşılayırlar. Bu ümumxalq bayramı qoy hər ocağa, hər ailəyə bol sevinc, firavanlıq və ruzi-bərəkət bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!"

Tarix
2015.03.18 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu qərarını yüksək qiymətləndirirəm - Paşinyan

Onları Azərbaycan ordusu öldürməyib - Mxitaryan

İrəvan Bakıdan bunu almaq istəyir - Rusiya təşvişə düşdü

ABŞ-ın sülh planı: Zelenski istəyinə nail oldu

Bakı ilə ən uğurlu razılaşma... - Paşinyan

Şura Bakıda keçiriləcək iclasın iş planını təsdiqlədi

Bakı və İrəvan arasında sülh nümunəsi göstərir ki... - Kansler

İlham Əliyev Slovakiya səfərindən paylaşım etdi - Video

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla