Yuxarı

Zaxarova sərhəddə qalan azərbaycanlılardan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaxarova sərhəddə qalan azərbaycanlılardan danışdı

Rusiya ilə Azərbaycan dövlət sərhədinin Yaraq-Qazmalar və Samur buraxılış məntəqələrində may ayının ortalarında vətənə qayıtmaq istəyən 700-dən artıq Azərbaycan vətəndaşı yığılmışdı. Bu məsələ 18 may tarixində Rusiya ilə Azərbaycan prezidentləri arasındakı telefon söhbəti zamanı da hərtərəfli müzakirə olundu. Həmçinin hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində də silsilə təmaslar olub.

Axar.az Report-a istinadən xəbər verir ki, bu fikirləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dilə gətirib.

“Dağıstanda və Azərbaycanda olan mürəkkəb sanitar-epidemioloji şəraitə baxmayaraq, hər iki ölkə azərbaycanlılarının vətənə qaytarılması prosesini davam etdirməyi bacardılar. Prezidentlərin tapşırıqlarına uyğun olaraq, mayın 19-da Rusiya və Azərbaycan xarici işlər nazirləri bu istiqamətdə əməli addımları müzakirə edərək birgə addımları əlaqələndirməyin vacibliyini vurğuladılar. Elə həmin gün Azərbaycan vətəndaşlarından 120 nəfərlik bir qrup vətənə qayıtdı. Bu prosesin mərhələli şəkildə davam etdiriləcəyini güman edirik”, - deyə Zaxarova bildirib.

O, hər iki tərəfin strateji tərəfdaşlıq tərzində hərəkət edərək həmvətənlərinin qaytarılması məsələsini yoluna qoymaq üçün əllərindən gələni əsirgəmədiklərini qeyd edib:

“Hökumətlərimiz, aidiyyəti idarələrimiz, yerli idarə orqanlarımız, səfirliklərimiz arasında yaxından əlaqələr var. Pandemiya dövründə Azərbaycanın milli hava yolları Risyadan vətənə 1 500-dək vətəndaşını qaytarıb. Həmçinin aprel ayında Azərbaycan vətəndaşlarından ibarət iki qrup Yaraq-Qazmalar və Samur buraxılış məntəqələrdən yerüstü vasitə ilə vətənə qayıdıb. Eyni məntəqələrdən 672 nəfər Rusiya vətəndaşından ibarət beş qrup da vətənə qaytarıldı. Mayın 18-də “Aeroflot”a məxsus təyyarə Bakıdan Moskvaya 140-dan artıq Rusiya vətəndaşını daşıdı”.

Tarix
2020.05.21 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

Hüseyn Əsgərli bu mərkəzin direktoru təyin edildi

Azərbaycana turist axınının azalmasının səbəbi...

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla