Yuxarı

Sosial şəbəkələrə əl qoyulur: sui-istifadə dövrü bitəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sosial şəbəkələr ilan zəhəri kimidir: ondan düzgün istifadə etdikdə çox keyfiyyətli dərmana, yanlış istifadə etdikdə isə ölümcül zəhərə çevrilir.

Bu sözləri Axar.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu ABŞ Prezidenti Donald Trampın ölkədə sosial şəbəkələrin işinin nizama salınması ilə bağlı imzaladığı fərmanı şərh edərkən deyib. O bildirib ki, sosial şəbəkələr artıq həyatımızın ayrılmaz parçasıdır:

“Bu gün sosial şəbəkələr həyatımızın bir parçası halına gəlib: istər gündəlik həyatımız, istərsə də şəxsi inkişafımız baxımından şəbəkələr çox böyük imkanlar yaradır. Xüsusilə, sosial şəbəkələrin informasiya bazası başda təhsil sistemi olmaqla, insanların maariflənməsi, savadlanmasına ciddi töhfələr verir. Hətta onu da qeyd edim ki, pandemiya dövrü sosial şəbəkələrin həyatımızda önəmini bir az da artırdı. Yəni sosial şəbəkələri həyatımızdan çıxarmaq mümkün deyil. Lakin təəssüf ki, heç də hər kəs sosial şəbəkələrdən təyinatı üzrə istifadə etmir”.

Sosioloq deyib ki, bu, ümumi problemdir və ABŞ Prezidenti Donald Trampın ölkədə sosial şəbəkələrin işinin nizama salınması haqda qanun imzalaması bu məsələnin həlli istiqamətində atılan ilk addımdır:

“Azərbaycanda da sosial şəbəkələrin işinin nizama salınmasına ehtiyac var. Belə bir zərurəti insanlar söz azadlığı, mətbuat azadlığına məhdudiyyət kimi başa düşməməlidir. Ümumiyyətlə, sosial şəbəkələrin işinin tənzimlənməsinə dair atılacaq istənilən addımı antidemokratik olaraq qələmə vermək demokratik düşüncə tərzinə sığmır”.

Sosioloq qeyd edib ki, valideynlər övladlarının tərbiyəsində sosial şəbəkələrə də yer verməlidirlər:

“Bu gün valideyinlərin üzərinə böyük yük düşür. Xüsusilə uşaqların yetişdirilməsi və onların tərbiyəsində sosial şəbəkələrin imkanlarından da istifadə edilməlidir. Ancaq bunun üçün sosial şəbəkələrin özündə mövcud mənfilikləri təmizləməliyik. Hər kəs məsuliyyətli ola bilmir və sosial şəbəkənin verdiyi imkanlardan sui-istifadə edir. Cəzasızlıq isə bu sui-istifadələri artırır və sosial şəbəkədə yayılan bu mənfiliklər gənclərin formalaşmasına pis təsir göstərir. Ona görə də cəzasızlıq mühiti aradan qaldırılmalı, məsuliyyət hissi yaradılmalıdır ki, sosial şəbəkələr dərman olsun, zəhər deyil”.

Tarix
2020.05.30 / 17:51
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla