Yuxarı

Ağ dəniz, yoxsa Aralıq dənizi... – Hansı doğrudur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türklərin “Ağ dəniz” deyə adlandırdığı, dünyada isə daha çox “Aralıq dənizi” kimi tanınan dənizin adını necə yazmalıyıq?

Bu barədə Kult.az-a açıqlama verən filologiya elmləri doktoru, dosent Sevinc Əliyeva bildirib ki, hər bir coğrafi obyektin adı müxtəlif dillərdə özünəməxsus səslənə bilər.

“Biz “Aralıq dənizi” adlandırırıq. Bunun əsas səbəbi sözügedən dənizin coğrafi olaraq aralıq mövqedə yerləşməsidir. Türkiyəlilər isə dənizin xarici görünüşü və əlamətini əsas götürərək, “Ağ dəniz” adlandırırlar. Yəni biz coğrafi mövqeyinə, türklər isə xarici əlamətinə görə bu dənizi adlandırır. Yəni burada hər hansı bir doğru-yanlış axtarmaq əbəsdir. Toponomiyada adların qoyulması fərqlidir. Məsələn, türk xalqının özünəxas ad qoyma ənənəsi mövcuddur. Türklər tarix boyu köçəri həyat tərzi sürüblər. Türklərdə ad qoyma ənənəsi somatik leksikaya əsasən təyin edilir. Yəni onlar öz fizioloji cəhətləri əsasında ad qoymağa meyilli olublar”, - S.Əliyeva deyib.

Tanınmış tarixçi Kərəm Məmmədov isə bildirib ki, türklər Anadoluya gəlmədən öncə sözügedən dənizin adı “Ağ dəniz” olmayıb:

“Yəni türklər gələnə qədər Anadolu coğrafiyası və onu əhatə edən dənizlər çox fərqli adlanırdı. Misal üçün yunanlar “Mesogeios”, antik romalılar “Mare Nostrum”, yəni “Bizim dəniz” adlandırırdılar. Ümumiyyətlə, qədim türklərdə ağ və qara həm də Şərqlə Qərbi simvolizə edir. Yəni eyni zamanda, cəhət göstəricisi idi. Yəni Qara dəniz qərbdəki, Ağ dəniz şərqdəki dəniz mənasını verirdi. Səlcuqlular 1071-ci ildə Malazgird savaşından sonra Anadolunu fəth edərək, həm Ağ dəniz, həm də Qara dəniz sahillərinə çıxa bildilər. Səlcuqlular üçün Qara dəniz qərbdə idi - buna görə də “Qara dəniz”, Aralıq dənizi isə şərqdə olduğu üçün “Ağ dəniz” adlandırdılar. Diqqət etsəniz, Osmanlı və fars mənbələrində “Bahr-e Sefid” ifadəsinə rast gələ bilərsiniz. “Sefid” - “ağ” deməkdir. Lakin bu, o demək deyil ki, bizim istifadə etdiyimiz “Aralıq” sözü səhvdir. Biz coğrafi olaraq aralıq mövqedə olduğu üçün bu dənizə “Aralıq dənizi” deyirik”.

Tarix
2020.06.24 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı

Azərbaycan bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla