Yuxarı

Pakistanla hərbi əməkdaşlıq protokolu imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-Pakistan işçi qrupunun görüşü davam edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Pakistan İslam Respublikasının Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor İftixar Vayn ölkəmizdə səfərdə olmaqdan məmnun qaldığını, Azərbaycan və Pakistanın qardaşlıq əlaqələrinin kökündə tarixi bağlılığın, dini və mədəni əlaqələrin böyük rol oynadığını vurğulayıb. O, Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin gücləndirməsi istiqamətində Pakistanın mövqeyinin dəyişməz olduğunu bildirib.

Görüş zamanı qərarların icra vəziyyəti nəzərdən keçirilib, yeni mövzular müzakirə olunaraq 2015-ci ilin ikitərəfli hərbi əmkdaşlıq planına daxil edilib.

Görüşün sonunda ikitərəfli hərbi əməkdaşlıq barədə protokol imzalanıb.

Tarix
2015.03.31 / 20:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə “Əhməd Cavad İnstitutu” qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla