Axar.az
Yuxarı

Axar.Az Logo

Maskadan istifadə edənlərin diqqətinə... - Professor açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası maskanı gündəlik həyatımızın ayrılmaz parçasına çevirdi. Bəzi mütəxəssislərsə maskaların önəmini azaldır, onun bizi qorumadığını iddia edir. Maraqlıdır, ümumiyyətlə, maskalardan düzgün istifadə edirikmi? Qoruyuculuğu necədir?

Axar.az xəbər verir ki, mövzu ilə bağlı professor Adil Qeybulla Teleqraf.com-un suallarını cavablandırıb.

- Deyilənə görə, mütəmadi maskadan istifadə edən insan daha az oksigen alır. Nəfəs alıb-verdiyimiz zaman ağzımızdan çıxan karbon dioksid maskaya yapışaraq geri qayıdır. Bu, doğrudurmu?

- Diffuziya edən havada karbon dioksidin konsentrasiyası çox aşağıdır. Orada elə bir karbon dioksid yoxdur. Söhbət dəm qazından yox, karbon qazından gedir. Karbon qazı bədəndən xaric olunur. Bəli, maska buna müəyyən maneə yaradır. Amma xəstəliyə tutulmaqdansa, maskada olmaq daha məqsədəuyğundur.

Avtobusda, metroda, başqa qapalı məkanlarda bu, daha vacibdir. Digər tərəfdən, maskada gəzməyi həyat tərzinə çevirmək lazımdır. Gələn illərdə payız, qış mövsümündə soyuqdəymə, qrip, müxtəlif yuxarı tənəffüs yolları iltihabı olan xəstələr hamısı maskada gəzməlidir. Maska təkcə bu il üçün deyil, pandemiyanın dərsidir.

- Bəs mütəmadi maskadan istifadə sağlamlığımız üçün təhlükə yarada bilərmi?

- Söhbət hiperkapniyadan gedirsə, bu daha çox ağciyər problemləri olan xəstələrə aiddir. Əgər insan bir dəqiqə öz nəfəsini saxlaya bilirsə, deməli, onun ciyərlərində ciddi bir problemi yoxdur. Bu adamlar sərbəst maska taxa bilərlər.

Amma ciyərlərində bronxitial astma, pnevmoniya, vərəm və digər xəstəliyi olan insanlara maskada gəzmək çətindir. Belə adamların ümumiyyətlə karantin rejimi çərçivəsində evdə olmaları, təmaslardan yayınmaları məsləhətdir.

- Bir maskanın istismar müddəti nə qədərdir?

- Maskanın istifadə müddəti onun növündən asılıdır. Elə maskalar var ki, onları təkrar istifadə etmək mümkündür. Ən azından sabunlu suda yuyub, bir az sıxaraq asmaq olar. Belə olan halda viruslar məhv olur. Bu tip 2-3 maska olarsa, dəyişərək istifadə etmək mümkündür.

Amma cərrahi maskaların istifadəsi 30-40 dəqiqə müddətinə hesablanır. Maksimum 2 saat istifadə etmək olar. Bu da havanın temperaturu, insanın danışması, maskanın islanmasından asılıdır.

- Bəzi insanlar bildirirlər ki, tibbi maskalar çox nazikdir. Belə maskaların qoruyuculuğu nə qədərdir?

- Tibbi maskalar nazik də olsa, su damlalarının içəri keçməsinin qarşısını alır. Onların suyu özünə hopdurmaq effekti yoxdur. Cərrahi maskalar cərrahi əməliyyat zamanı da ağız-burun aerozolunun yaraya düşməsinin qarşısını almaq üçündür. Bunlar sınaqdan keçib.

Əlbəttə, maye çoxluğu zamanı maska islanıb, bayırdakı maye oraya daxil ola bilirsə, o, artıq qoruyucu funksiyanı itirmiş olur.

Tarix
2020.07.01 / 23:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasındakı danışıqlara ümidvarıq - Zaxarova

Ermənistandan itkilərlə bağlı yeni açıqlama: say artdı

Şeyx Rou ilə görüşdü: Şuşa səfərindən danışdı

Qarabağda daha 2 erməni əsgərin meyiti tapıldı

Paşazadə Ermənistanın dini lideri olacaq - Deputat

Polad Bülbüloğlu İrəvana çağırış etdi

Sərhəddə atışma gedir, ermənilər Füzulidə meyit axtarır

“Gorbagor” qayıtdı, yeni 10 noyabr hazırlanır - Xaçatryan

Erməni baş leytenant məhv edildi

Söyüdlü yatağı fəaliyyətini dayandırdı, ermənilər təxliyə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla