Yuxarı

İrakli Qaribaşvili azərbaycanlıları ziyarət etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrakli Qaribaşvili azərbaycanlıları ziyarət etdi - Foto

Marneulidə hökumət tərəfindən maliyyələşən "Güclü bölgə-Güclü Gürcüstan" layihəsinin təqdimatı keçirilib.

Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfərdə məqsəd Kvemo Kartli bölgəsində fəaliyyət göstərən iş adamları ilə görüşmək, onları narahat edən problemlərlə tanış olmaq və hökumət tərəfindən iş adamlarına dəstək olmaqdır. Baş nazir görüşə başlamamışdan əvvəl Kvemo Kartli bölgəsinin inzibati ərazisinə daxil olan rayonların icra başçıları, bələdiyyə sədrləri, müxtəlif sahələrin nazirləri və hökumət üzvləri ilə görüşüb. Görüşdə qeyd edilib ki, bütün rayonlarda hökumət tərəfindən hazırlanan "Güclü bölgə-Güclü Gürcüstan" adlı yeni hökumət proqramı həyata keçiriləcək. Baş nazir bölgənin inkişafı üçün həyata keçiriləcək layihənin hökumət tərəfindən maliyyələşdiriləcəyini qeyd edib.

Sonra Kvemo Kartli bölgəsində fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib. Görüşdə "Güclü bölgə-Güclü Gürcüstan" layihənin təqdimatı baş tutub. Layihənin təqdimatında baş nazir çıxış edərək iş adamlarına layihə çərçivəsində hökumət tərəfindən büdcə xərclərinin artırılacağı haqqında ətraflı məlumat verib. O, çıxışında bölgə iqtisadiyyatının gücləndirilməsinə 47 milyon dollar vəsait ayrıldığını bildirib. Baş nazir "Güclü bölgə-Güclü Gürcüstan" layihəsinin həyata keçirilməsini günün tələbi olduğunu bildirib: "Biznes sektorunu inkişaf etdirmək üçün hökumət iş adamlarına maksimum dərəcədə dəstək olacaq, bu dəstəyin nəticəsi bölgədə çoxlu iş yerlərinin açılmasına səbəb olacaq, həmçinin bölgə iqtisadi cəhətdən güclənəcək".

Gürcüstanın baş nazirinin müavini, Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Georgi Kvirikaşvili jurnalistlərə açıqlamasında Gürcüstanın baş nazirinin iş adamları ilə görüşünü vacib bir tədbir adlandırıb: "Marneulidə böyük potensial var. Bu rayona dövlət böyük diqqət yetirir, çünki hökumətin hazırladığı və bu gün təqdimatını keçirdiyimiz xüsusi proqramı hökumət maliyyələşdirir və yeni müəssisələr açır. Mən çox şadam ki, bu gün baş nazir və nazirlər kabinetinin üzvləri ilə keçirilən görüşdə bizim vətəndaşlar olan azərbaycanlı iş adamları da iştirak ediblər. Görüş çox səmimi və dostluq şəraitində keçib".

Tarix
2015.04.03 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla