Yuxarı

Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan idmançıları daha 3 medala sahib olublar.

Azərbaycan Cüdo Federasiyasından Axar.az-a bildirilib ki, yarışın növbəti günündə M3 yaş kateqoriyasında mübarizə aparan Şıxrəcəb Şıxmuradov və Əhməd Məmmədov (hər ikisi -73 kiloqram), eləcə də M4 yaş kateqoriyasında çıxış edən Anar Ağayev (-90 kiloqram) mundialın bürünc medalını qazanıblar.

Xatırladaq ki, çempionatın ilk günündə Azərbaycan təmsilçilərindən Məmmədəli Mehdiyev (-100 kiloqram) qızıl, Əbülfət İsmayılov (-60 kiloqram), Mahir Abbasov (-81 kiloqram) və Coşqun Abdullayev (-90 kiloqram) isə bürünc medal əldə etmişdilər.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.

Tarix
2026.09.21 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla