Yuxarı

Ermənistan bunu görməzlikdən gəlir - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan bunu görməzlikdən gəlir - XİN

İrəvanda keçirilən Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının müzakirəsi zamanı bu ölkənin bölgədə sülh və təhlükəsizliyə birbaşa hədə törədən təcavüzkar siyasəti baş nazir N.Paşinyanın dilindən növbəti dəfə etiraf edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildirilib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarına qarşı əsassız ərazi iddialarını, beynəlxalq hüququ kobudcasına pozaraq hərbi işğala əsaslanan siyasətini ölkənin milli strategiyasında əks etdirən Ermənistan bölgədə ciddi təhlükə ocağı olaraq qalmaqdadır.

“Azərbaycanın ərazilərini hərbi yolla işğal edib bu ərazilərdə yaşayan erməni icmasının öz müqəddəratını müəyyən etməsindən danışan və bunu “milli məqsəd” kimi təhlükəsizlik strategiyasında əks etdirən işğalçı Ermənistan beynəlxalq hüququn, o cümlədən 1975-ci il Helsinki Yekun Aktının prinsiplərini yenidən görməzlikdən gəlir. Xalqların öz müqəddəratını təyin etməsi prinsipinin heç bir halda Azərbaycanın Dağlıq-Qarabağ bölgəsində yaşayan erməni icmasına şamil olunmadığını və ümumiyyətlə, Helsinki Yekun Aktının 8-ci bəndində öz müqqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edildiyini xatırladırıq”, - deyə XİN-dən bildirilib.

Ermənistan rəhbərliyinin Azərbaycanın hərbi yolla işğal altında saxladığı ərazilərində “suverenlik” iddiası, işğalçı siyasətinin nəticələrinin qorunub saxlanılmasının münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi kimi müəyyən etməsi bu ölkənin münaqişənin həlli prosesinə ciddi əngəl törətdiyini və beynəlxalq ictimaiyyətin qərar və qətnamələrinə hörmətsizlik nümayiş etdirdiyini açıq şəkildə göstərir:

Ermənistan rəhbərliyi anlamalıdır ki, hazırda apardığı siyasətə görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıb. Bu ölkənin beynəlxalq reallıqlardan uzaq və sadəlövh milli təhlükəsizlik strayegiyası iflasa uğrayan daxili siyasəti sakitləşdirmək cəhdindən başqa bir şey deyil.

Beynəlxalq səviyyədə tanınmış əraziləri, o cümlədən müvəqqəti işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonları da daxil olmaqla, ərazi bütövlüyünü və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasını təmin etmək üçün Azərbaycanın cavab tədbirləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ölkə Konstitusiyasının ona verdiyi haqqa əsaslanır. Bölgədə artan gərginliyin məsuliyyəti isə bilavasitə işğalçı Ermənistanın üzərindədir”.

Tarix
2020.07.11 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla