Yuxarı

Ermənistan odla oynayır - Türk mediası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan odla oynayır - Türk mediası

“Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, tanınmış publisist, professor Akkan Suver Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində Ermənistanın təcavüzkar siyasəti mövzusunda məqalələrlə çıxış edib.

Axar.az xəbər verir ki, çoxtirajlı “Milliyət” qəzetində “Azərbaycan yalnız deyil”, “Gözləm” qəzetində isə “Ermənistan odla oynayır” sərlövhələrlə dərc olunan məqalələrdə Ermənistanın işğalçılıq siyasəti kəskin ifadələrlə ittiham olunur.

Ermənistan tərəfinin Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə qarşı hücum cəhdlərini təcavüzkar dövlətin Dağlıq Qarabağdan kənarda yeni bir münaqişə ocağı yaratmaq məqsədi kimi dəyərləndirən publisist yazır ki, ATƏT-in Minsk qrupu məsuliyyətini dərk edərək işğalçı Ermənistana “dur” deməyi bacarmalıdır. Türkiyə dövləti və xalqının həmişə olduğu kimi qəti bir qərarla yanımızda olduğunu ifadə edən müəllif vurğulayır ki, Azərbaycanın əhalisi 10 milyon deyil, 93 milyondur. Sosial-iqtisadi böhran yaşayan, heç bir inkişaf perspektivi olmayan Ermənistan sözün əsl mənasında ağlını başına yığaraq kiminlə münaqişəyə girmək istədiyinin fərqinə varmalıdır.

Müəllif Prezident Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana göstərdikləri açıq və qətiyyətli dəstəklər Türkiyə ziyalısı üçün örnək olaraq dəyərləndirir.

Tarix
2020.07.19 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla