Yuxarı

Polkovnik: Tovuz döyüşlərinin nəticəsi nə oldu? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polkovnik: Tovuz döyüşlərinin nəticəsi nə oldu? - Video

08:45

Aprel döyüşləri zamanı kənar qüvvələrin müdaxiləsi olmasaydı, Ordumuz qısa müddətdə işğal olunmuş torpaqları asanlıqla geri qaytara bilərdi. Azərbaycan Ordusu bu zaman əks-hücum qabiliyyətini, imkanlarını sınaqdan keçirmiş və uğur qazanmışdı. Tovuza edilən təxribat hücumları zamanı isə növbəti dəfə gücünü isbat etdi. Tovuz hadisələri bir daha təsdiqlədi ki, Ordumuz təkcə əks-hücumda deyil, müdafiə mövqeyində də güclü və keçilməzdir.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində yerləşən Tovuz rayonuna təxribat xarakterli hücumuna Ordumuzun verdiyi cavabı şərh edərkən deyib. O bildirib ki, Tovuzda baş verən proseslər düşmənin təxribatı, Ordumuzun isə növbəti qələbəsi idi:

“Erməni mətbuatında yayılan “təpə ələ keçirildi” və ya “tank vuruldu” kimi məlumatlar ermənilərin uğursuzluqlarını ört-basdır etmək üçün daxili auditoriyaya yönəlmiş yalanlarıdır. Müdafiə Nazirliyinin mətbuat xidməti müntəzəm olaraq dolğun və operativ məlumatlarla erməni yalanlarını ifşa etdi. Şübhəsiz, bu, bir təxribat idi, itkilərimiz oldu, ermənilərin güclənmək istədikləri yüksəklik qorundu. Onu da deyim ki, erməni tərəfin həm canlı qüvvəsi, həm də hərbi texnika itkisi kifayət qədər çox oldu”.

Polkovnik qeyd edib ki, ermənilərin Tovuza hücum ilə planlaşdırdıqları hədəfə çata bilmədilər:

“Tovuz strateji olaraq önəmli bir rayonumuzdur. Məsələ ondadır ki, həm iri magistral yol şəbəkəsi, həm də önəmli enerji layihələri məhz bu ərazidən keçir. Bunu düşmən tərəf də yaxşı bilir və görünür, uzun zamandır bu əməliyyatlara hazırlaşıb. Lakin düşmən təxmin etmədi ki, Tovuz rayonu güclü müdafiə olunur. Düşmən bu rayona hücum etməklə itkilərə məruz qaldı. Nə beynəlxalq dəstək ala bildi, nə üzvü olduğu KTMT-ni müdaxiləyə cəlb etməyə nail oldu, nə də digər məqsədinə nail oldu. Əlbəttə, Tovuzdan o tərəfə Ermənistan ərazisidir və biz başqa dövlətin ərazisinə göz dikmirik. Təxribat Qarabağda olsaydı, onda tamamilə fərqli bir mənzərə üzə çıxardı. Onu da unutmayın ki, bu savaşda Ordumuz düşmənin dərinliklərindəki ehtiyat qüvvələri və dayaq nöqtələrinə də ağır zərbələr endirdi. Düşünürəm, bu da düşmənə çox böyük bir dərs oldu”.

Tarix
2020.07.22 / 11:44
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla