Yuxarı

Tovuz təxribatı: Gec-tez bu baş verəcək - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuz təxribatı: Gec-tez bu baş verəcək - Video

Tarixdə bütün millətlərin bir missiyası var. Hesab edirəm, ermənilər də hər zaman imperailst güclərin əlaltısı olmaq öhdəliyini üzərlərinə götürüblər. Osmanlı zamanında da rahat və firavan həyat sürmələrinə baxmayaraq, xəyanət yolunu seçərək, Avropa ilə gizli separat danışıqlara getmişdilər. Bu millət türklərə qarşı düşmənçiliyi indi də qardaş Azərbaycan torpaqlarını işğal etməklə davam etdirir.

Bu sözləri Axar.az-a müsahibəsində sosial elmlər üzrə ekspert, türkiyəli yazıçı Mətin Yıldırım Ermənistan silahlı qüvvələrinin Tovuz təxribatını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, aclıq və səfalət içində olan, xarici fondlardan pul dilənməklə əhalinin başını qatan Ermənistan hakimiyyəti ölkədəki acınacaqlı durumu aradan qaldırmaq yolunu Azərbaycanla yeni bir münaqişə yaratmaqda görür. Mətin Yıldırım bildirib ki, Türkiyə parlamenti Ermənistanın Azərbaycanda qarşı son təxribatını kəskin qınayıb:

“Əlbəttə ki, Ermənistanın bu təxribatı Türkiyədə sərt qınaqla qarşılandı. Türkiyə Böyük Millət Məclisi demək olar ki, parlamentdə təmsil olunan bütün partiya üzvlərinin adından kəskin bəyanat yaydı. Sənəddə ermənilərin bu işğalçılıq niyətindən əl çəkməsi tələb olundu. Eyni zamanda BMT-nin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair qəbul etdiyi 4 qətnamənin icrası tələb olundu. Türkiyə dövləti kimi xalqımız və hər bir vətəndaşımız malı və canı ilə Azərbaycanın yanındadır. Məlum işğal faktının dərhal aradan qaldırılmasını, Ermənistanın hərbi təxribatlarına son qoyulmasını tələb edirik”.

Ekspert bildirib ki, Çar Rusiyasının məqsədyönlü siyasəti əsasında Azərbaycanın qədim diyarı olan indiki Ermənistan ərazisinə köçürülən ermənilər yerli türklərə qarşı insanlığa sığmayan cinayətlər törədiblər:

“Cəzasızlıq onları soyqırım, deportasiya və işğal niyyətlərində getdikcə həvəsləndirdi. Həyasızcasına Türkiyənin yeddi vilayətinə iddia etmək və Ağrı dağının görüntüsünü öz dövlətlərinin simvoluna çevirmək ötən dövrdəki cəzasızlığın yaratdığı sindromdur”.

Mətin Yıldırım ermənilərin təcavüzkar tərəf olmasına baxmayaraq, özlərini dünyaya məzlum kimi təqdim etdiyini vurğulayıb:

“Onların gerçək üzünü dünyaya göstərmək lazımdır. Əslində, dünya bunu görür, amma bəlli bir səbəbdən susqunluq nümayiş etdirir. Generalımız Polad Həşimov və digər əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Onlar öz cəsurluqları ilə çox böyük bir vəzifə icra etdilər, öz şəhadətləri ilə türk dünyasını birləşdirdilər. Azərbaycana türk dünyasından çox böyük dəstək gəldi. Türk dünyası onsuz da ermənilərin gerçək üzünü görürdü, amma bir daha bunun fərqinə vardı”.

Ekspert Türkiyədə yaşayan ermənilərin bu hadisələr qarşısında səssiz qaldığını dedi:

“Türkiyədə yaşayan ermənilər ən azından bir açıqlama verərək, erməni dövlətinin bu təxribatını qınamalı idi, ancaq bunu etmədilər. Əslində, bu, çox da önəmli deyil, mühüm olan Türkiyə vətəndaşlarının çoxunun erməni təcavüzünü dərk etməsi və qınamasıdır. Ermənistana ən gözəl cavab Türkiyə və Azərbaycan qardaşlığının daha da möhkəmlənməsi, iqtisadi və hərbi baxımdan birgə güc qazanmasıdır. Gec, ya da tez ermənilər onsuz da işğal etdikləri torpaqlardan çəkiləcəklər. Çünki BMT-nin bununla bağlı qəbul etdiyi qətnamələr var və bu qərarlar icra olunacaq”.

Tarix
2020.07.22 / 10:26
Müəllif
Turan Ədalət
Digər xəbərlər

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla