Yuxarı

Türkiyə Tovuz təxribatında niyə israrlı oldu? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:07

Türkiyə və Rusiya Təhlükəsizlik şuralarının toplantılarında Azərbaycan-Ermənistan sərhədindəki döyüşlərə verilən qiyməti cəmiyyətimiz bilməli və hər iki ölkədən gözləntiləri bu baxımdan qiymətləndirməlidir.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Türkiyə və Rusiya təhlükəsizlik şuralarının toplantılarında Azərbaycan-Ermənistan sərhədindəki döyüşlərə verilən qiyməti şərh edərkən deyib. O vurğulayıb ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır:

“Biz bunu bir daha Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası zamanı verilən bəyanatlar fonunda da gördük. Rusiya isə verdiyi bəyanatlarda daha ehtiyatlı davranır. Çünki rəsmi Moskvanın istər Azərbaycanda, istərsə də Ermənistanda maraqları var. Lakin bu maraqlar fərqlidir. Bu gün Rusiyanın Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsi, hərbi əməkdaşlığı, eyni zamanda regionda təbii yanacaq sahəsində ciddi əməkdaşlığı mövcuddur. Azərbaycan Rusiyanın silah satdığı ölkələrin siyahısında ilk sıralardadır. Ermənistana gəldikdə isə bu ölkə faktiki olaraq Rusiyanın forpostudur. Müstəqil bir ölkədən çox Rusiyanın bir vilayəti kimidir. Hətta onu deyim ki, Rusiya daxilindəki respublikalar belə Ermənistandan daha fəal siyasət aparır. Şübhəsiz, bu reallıqlar bu gün Türkiyənin də, Rusiyanın da Azərbaycan-Ermənistan sərhədindəki döyüşlərə verilən qiymətdə öz əksini tapır”.

Politoloq bildirib ki, Rusiya və Türkiyə məlum hadisələrə verdikləri bəyanatlarla mövqelərini açıq şəkildə bildirdilər:

“Bəzən bu, tərəflərin bir-birinə olan güc nümayişi kimi qiymətləndirilir. Düşünürəm, bu gün Türkiyə Rusiyanın, Rusiya da Türkiyənin gücünü bilir və yaxşı qiymətləndirir. Yəni bəyanatların məğzinə baxsaq, görərik ki, məsələ heç də mənasız bir hədə-qorxu, ya da güc nümayişi deyil. Söhbət ondan gedir ki, həm Rusiya, həm də Türkiyə verdikləri bəyanatlarla regionda baş verən siyasi proseslərə laqeyd deyillər və prosesi yaxından izləyirlər. Lakin bir məqamı qeyd edim ki, Türkiyənin Tovuz hadisələri fonunda verdiyi bəyanat bundan öncəki illərə nəzərən daha adekvat, daha dəqiq idi. Bu, bir daha onu göstərir ki, Qafqaz təkcə Rusiyanın siyasi maraq dairəsi deyil”.

Tarix
2020.07.24 / 11:52
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri arasında mübahisə...

İlham Əliyev forumda iştirak edir

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla