Yuxarı

Bakı və Ankara ilə unikal formatlı əməkdaşlıq... - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Ankara ilə unikal formatlı əməkdaşlıq... - Nazir

Regional əməkdaşlıq Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani “Gürcüstan və qonşuluq” adlı illik konfransda deyib.

Onun sözlərinə görə, regional əməkdaşlıq uzunmüddətli və dayanıqlı inkişaf üçün əsas hərəkətverici qüvvədir və bunun ən yaxşı nümunəsi Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatıdır:

“Biz Cənub Qaz Dəhlizi layihəsinin tam reallaşdırılması ideyasına sadiqiq. Azərbaycan, Gürcüstan və Türkiyə arasında unikal regional sinergiya var. Bir tərəfdən Azərbaycanın enerji ehtiyatlarına artan tələbatın ödənilməsi mümkün olur, digər tərəfdən isə Gürcüstan və Türkiyənin tranzit potensialı Avropa bazarlarına əlavə resursların çatdırılması üçün unikal imkan yaradır”.

D.Zalkaliani qeyd edib ki, regional əməkdaşlığın daha bir nümunəsi ötən il Gürcüstanın baş naziri, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə baş tutan TANAP-ın ikinci hissəsinin açılmasıdır: “Bu layihə Avropanın təhlükəsizliyində yeni era deməkdir və Cənub Qaz Dəhlizinin tam gücü ilə işləməsini təmin edir”.

XİN başçısı ümidvar olduğunu bildirib ki, Mərkəzi Asiya ölkələrini Gürcüstanın nəqliyyat və kommunikasiya layihələri ilə əlaqələndirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yaxın zamanlarda başa çatdırılacaq.

Tarix
2020.08.12 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla