Yuxarı

Roma hiyləsi: Papa Türkiyəni buna görə cəzalandırır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Roma hiyləsi: Papa Türkiyəni buna görə cəzalandırır

"Artıq Ərdoğanın yanlış siyasəti nəticəsində Türkiyə bölgədə lider dövlət olmaq şansını itirir".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib.

Onun sözlərinə görə, papanın soyqırım bəyanatı Ərdoğana kiçik mesajdır:

"Ərdoğan höküməti hər zaman Avropa və Qərbi ittiham edir. Bu gün Türkiyə hökumətinin nəzarətində olan KİV-lərdə demək olar ki, hər gün anti-qərb təbliğatı gedir. Səbəb isə bəlli deyil. Bir tərəfdən Avropa Birliyini xristian icması adlandıran Ərdoğan, digər tərəfdən Avropa Birliyinə üzv olmaq üçün can atır. Bu siyasət isə anlaşılan deyil. Ərdoğanın ölkə daxilində yetəri qədər tərəfdarı var və onlar Ərdoğanın hər sözünü həqiqət olaraq qəbul edirlər. Bu isə çox yanlış siyasətdir. Seçkilərdə xal qazanmaq üçün elektoratına yalan danışaraq, kimlərisə ittiham etmək, daha sonra isə ittiham etdiyi birlikləri qınamaq doğru siyasət deyil. Ərdoğanın yanlış siyasəti nəticəsində artıq Türkiyə bölgədə lider dövlət olmaq şansını itirir. Buna misal olaraq ərəb dövlətlərinin bir müddət əvvəl BMT-dəki səsvermədə qoyduqları mövqeni göstərmək olar. Lider dövlət olmaq üçün gərək kimlərisə ittiham etməyəsən, əksinə hər kəsi dost olaraq görüb, tərəfdaşlara qarşı səmimi olasan, digər tərəfdən isə düzgün strategiya formalaşdırasan. Ərdoğanın siyasəti isə güclü Türkiyə yox, sadəcə, hakimiyyətdə nə qədər çox qala bilərəm istəyi ilə uzlaşır. Ərdoğan bu gün Türkiyədə İsrailə, Amerikaya və Avropaya düşmən kimi baxan bir ictimai rəy formalaşdıra bilib. Buna Qərbin cavabı mütləq idi. Roma papasının soyqırımla baglı işlətdiyi söz Vatikanın rəsmi mövqeyi deyil. Bu, sadəcə, papanın fikridir. Yəni papa demək istəyir ki, dediyin sözlərə və ittihamlara son qoy. Bu, kiçik siyasi mesajdır. Artıq AKP hökuməti məncə, xarici və daxili siyasətdə dəyişikliklər etməlidir. Əks təqdirdə bu şəxslərin dediyi sözlər tezliklə rəsmi mövqe olaraq ortaya qoyula bilər".

Tarix
2015.04.13 / 13:25
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək

Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır

Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...

Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla