Yuxarı

Türkiyə Bakı təcrübəsini bu ölkəyə tətbiq edir – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Bakı təcrübəsini bu ölkəyə tətbiq edir – Şərh

Liviyada davam edən hakimiyyət müharibəsi ölkənin hərbi qüdrətini zəiflədib. Bu gün Liviya ordusu müstəqilliyin ilk illərindəki Azərbaycan ordusunu xatırladır. Bu mənada Türkiyənin Azərbaycanla 1993-cü ildə imzaladığı “Hərbi təlim haqqında əməkdaşlıq sazişi”nin bənzərini bu gün Liviya ilə imzalaması bu ölkənin daxilində davam edən hakimiyyət müharibəsinin sonlanması, eyni zamanda sonrakı illərdə əvvəlki qüdrətinə qayıtması üçün faydalı olacaq.

Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Türkiyə Silahlı Qüvvələrinin vaxtilə Azərbaycan Ordusunun mövcud sisteminin qurulması üçün bağladığı sazişin eynisini Liviya ilə imzalayacağı haqda məlumatı şərh edərkən deyib.

Polkovnikin sözlərinə görə, Liviya Türkiyə üçün olduqca vacib ölkədir:

“Şübhəsiz, bu gün Azərbaycanla Türkiyə arasındakı münasibətlər dünyanın heç bir birliyi ilə müqayisə oluna bilməz. “Bir millət, iki dövlət” prinsipi bu gün ən yüksək səviyyədə inkişaf edir. Bununla belə, Türkiyə artıq böyük və güclü bir ölkədir. Bu gün Türkiyə Yaxın Şərqdə Suriya, İraq, Şimali Afrikada Liviya kimi ölkələrə yardım edir. Düşünürəm, Türkiyənin Liviyaya vaxtında Azərbaycana etdiyi kimi yardım etməsi bu ölkənin zəifləmiş və pərakəndə ordusunu yenidən vahid bir komandanlıq ətrafında birləşdirib gücləndirə bilər. İstənilən halda biz də qardaş Türkiyənin Liviya dövlətinə edəcəyi hər bir yardımı müsbət qarşılayırıq. Nəticə etibarilə biz 1993-cü ildə imzalan “Hərbi təlim haqqında əməkdaşlıq sazişi”nin faydalarını görmüşük. Liviya üçün də belə bir saziş faydalı olacaq”.

Tarix
2020.08.20 / 09:12
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla