Yuxarı

“Sərkisyan Xocalı soyqırımını etiraf edibsə, onda...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sərkisyan Xocalı soyqırımını etiraf edibsə, onda...”

"Avropa Parlamentinin qondarma "erməni soyqırımı" haqqında qəbul etdiyi qətnamə siyasi baxımdan acı təəssüf hissi doğurduğu kimi hüquqi baxımdan da absurddur".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev çıxış edib.

Deputat bildirib ki, avropalı deputatların bu qərarı qərəzli olduğu və tarixi faktlara söykənmədiyi üçün heç bir təsir gücünə malik deyil:

"Avropa Parlamentinin bəzi üzvləri tarixə ədalətli və obyektiv baxış sərgiləmək məqsədilə bu qətnaməni qəbul etdiklərini deyirlər. O zaman onlardan soruşmaq lazımdır ki, 23 il əvvəl hamının gözü qarşısında baş vermiş, aydın və dəqiq faktlarla sübuta yetirilmiş, eyni zamanda, Ermənistan prezidenti Serj Sərkisyan tərəfindən etiraf edilmiş Xocalı soyqırımı haqqında Avropa Parlamenti nə vaxt qətnamə qəbul edəcək? Və yaxud BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və icrası məcburi olan 4 qətnamənin icrasını təmin etməyən işğalçı Ermənistana qarşı nə zaman siyasi və ya iqtisadi sanksiyalar qəbul edəcək? Əgər Avropa Parlamenti az da olsa ədalət və obyektivlik prinsipinə hörmət edirsə, yaxın zamanlarda dediyim qətnamələri qəbul edərək özünün qərəzli olmadığını sübut etməlidir. Görək Avropa Parlamenti belə bir cəsarət nümayiş etdirəcəkmi? İnanmaq çox çətindir".

Tarix
2015.04.16 / 15:23
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla