Yuxarı

Prezident elan etdi: İlk ölkələrdən olacağıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident elan etdi: İlk ölkələrdən olacağıq

Cənab Prezident bir daha vurğuladı ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı çox ciddi addımlar atılıb və nəticələri də sevindiricidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışındakı çıxışını şərh edərkən söyləyib.

Deputat bildirib ki, ölkədə koronavirus pandemiyasına qarşı aparılan mübarizə prosesində Azərbaycanın bəlli nailiyyətləri var:

“Bu, ilk növbədə görülmüş qabaqlayıcı tədbirlər, ardıcıl və sistemli addımlar sayəsində baş verib. Azərbaycan bu pandemiyaya qarşı mübarizədə həm regional, həm də beynəlxalq səviyyədə çox ciddi uğurlara imza atıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da yüksək qiymətləndirir”.

Deputat koronavirusla mübarizədə peyvəndin tapılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Peyvəndin tapılması və alınması çox böyük maliyyə tələb edən məsələdir. Bəzi ölkələrin peyvəndin tapılması istiqamətində ciddi uğurlara imza atdığı barədə xəbərlər gəlir. Cənab Prezidentin də vurğuladığı kimi, peyvənd tapılacağı təqdirdə Azərbaycan onu ilk alan ölkələrin sırasında olacaq. Bu da ölkə başçısının öz vətəndaşlarının sağlamlığının qorunmasına böyük önəm və əhəmiyyət verdiyini bir daha təsdiqləyir. Təbii ki, bu mövqe Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentə gün ərzində gələn minlərlə təşəkkür məktubu xalqın böyük etimadının təsdiqi kimi qiymətləndirilə bilər”.

Tarix
2020.09.01 / 08:00
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla