Yuxarı

Bakı bu siyasətin nəticələrini rədd edir - İtaliya mediası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı bu siyasətin nəticələrini rədd edir - İtaliya mediası

İtaliyanın “Politicamente Corretto”, “Giornale Diplomatico” və “Agenzia Nova” kimi kütləvi informasiya vasitələrində Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistanın son günlərdə xüsusilə Livandan ermənilərin bu torpaqlara köçürülməsini həyata keçirməsi haqqında yazılar dərc edilib.

Axar.az xəbər verir ki, yazılarda Azərbaycanın İtaliyadakı səfirliyinin mətbuat açıqlaması əsasında aidiyyəti mövzuya dair Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq açıqlamalarına istinadən fikirlər əksini tapıb.

Məqalələrdə Ermənistanın Livanda baş vermiş partlayışdan özünün mənfur məqsədləri üçün sui-istifadə etdiyi, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin əslində demoqrafik vəziyyəti dəyişdirmək məqsədi daşıdığı bildirilir. Qeyd olunur ki, həmin insanlardan silahlı muzdlular kimi də istifadə edilir. Bu qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir əsasının olmadığı, Azərbaycanın onun nəticələrini tamamilə rədd etdiyi və Ermənistan tərəfindən aparılan bu prosesin müharibə cinayəti olduğu diqqətə çatdırılır. Habelə yazılarda bu qanunsuz fəaliyyətin işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının, eləcə də Ermənistanın özünün üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulmasının bariz nümunəsi olduğu bildirilib.

Tarix
2020.09.16 / 00:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla