Yuxarı

Misir portalı ermənilərin PKK ilə əməkdaşlığından yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir portalı ermənilərin PKK ilə əməkdaşlığından yazdı

Misirin “Cairo.24” informasiya portalı Ermənistanın terror təşkilatları ilə əməkdaşlığından bəhs edən “Uğursuz hökumətlər terrorçu ünsürlərdən istifadə edirlər” sərlövhəli geniş məqalə yayıb.

Axar.az xəbər verir ki, məqalədə Cənubi Qafqaz regionunun dünyanın geosiyasi xəritəsində əhəmiyyəti vurğulanır, burada cərəyan edən ən mürəkkəb proseslərin isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində getdiyi diqqətə çatdırılır. Qeyd olunur ki, problemin mahiyyəti BMT-nin və İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın işğal etdiyi torpaqlarla bağlı sənədlərində öz əksini tapıb. Münaqişənin yüksək beynəlxalq səviyyədə nizama salınması istiqamətində səylər isə işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə vermir. Mövcud vəziyyət Ermənistanın təcavüzkar və ekspansionist siyasəti davam etdirməsi ilə daha da mürəkkəbləşir.

Məqalədə bildirilir ki, artıq Ermənistan əsas bazası Beyrutda yerləşən ASALA terror təşkilatının, həmçinin Suriya və İraqdakı PKK və YPG terrorçularının səfərbər edilməsinə başlayıb. İşğalçı dövlət onlardan Azərbaycana qarşı hərbi təxribatlarda istifadə etməyi planlaşdırır.

Rusiyanın da Ermənistana xeyli silah göndərdiyi qeyd olunan məqalədə vurğulanır ki, Ermənistan hökumətinin terrorçu qruplaşmalarla birlikdə törədə biləcəyi hərbi təxribatlar bütün region üçün ağır fəsadlara səbəb ola bilər.

Tarix
2020.09.20 / 18:14
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla