Yuxarı

Məşhur erməni cəlladın oğlu: “Atam sadəcə qatil idi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur erməni cəlladın oğlu: “Atam sadəcə qatil idi”

"Mənim atam Tələt paşanı öldürdükdən sonra məhkəmədə hər şeyi yalandan dedi".

Axar.az xəbər verir ki, bu sözləri Almaniyanın "Süddeutsche Zeitung" qəzetinə açıqlamasında erməni terrorçu Soqomon Teyleryanın oğlu söyləyib.

Adı gizli saxlanılan şəxs o zaman Teyleryanın məhkəməyə yalan faktlar təqdim etdiyini bildirib:

"Atam müharibədən öncə bir çox erməni kimi pul qazanmaq üçün Serbiyaya getdi. Onun üç bacısı yox, üç qardaşı var idi. Onlardan da yalnız biri Ərzincanda anasının yanında qalırdı. O, Tələt paşanı öldürdükdən sonra məhkəməyə yanlış məlumatlar verdi və bundan sonra azadlığa çıxdı. Erməni xalqının yaşadıqlarını mənim atam uydurmadı. Onun məhkəmədə yalan söyləməsini anlayıram, amma erməni xalqının bu gün də onu qəhrəman kimi qəbul etməsini heç cür anlaya bilmirəm. Axı bir qatil necə qəhrəman ola bilər? Atam özünü heç vaxt qəhrəman kimi görmürdü. Atam 1921-ci ildən sonra millətçi fikirlərini kənara atdı. O, böyük Ermənistan yerinə Kaliforniyada ev xəyalı qurdu. Bizimlə, ailəsi ilə maraqlandı. Onu buna görə sevirdim. Mən atamın qəbrinin Ermənistana aparılmasını istəmirəm. Amma erməni hökuməti bu işdə israr edir. Atam sakit, səssiz biri idi. Eyni zamanda o, tapşırıq almış qatil idi. O, 1919-cu ildə İstanbulda Tələt paşaya ermənilərin siyahısını verən soydaşını da öldürmüşdü. Lakin atam bu mövzuda heç vaxt danışmazdı".

Qeyd edək ki, Soqomon Teyleryan 1921-ci ildə Almaniyada Tələt paşanı qətlə yetirəndən sonra həbs edildi, amma heç bir günahı olmadığı bildirilərək azadlığa buraxıldı. Bundan sonra 30 il Serbiyada yaşadı. 1953-cü ildə Teyleryan ABŞ-a köçdü. Ermənilər indiyə qədər onun ailəsinin hamısının türklər tərəfindən öldürüldüyünü bildirirlər. Lakin bu məşhur qatilin övladının dedikləri bütün faktları tam təkzib etmiş olur.

Tarix
2015.04.23 / 11:44
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi

Əli Kərimlidən yeni xəbər

Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!

Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı

Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir

Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin sifarişi

Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb

Ölkədə bu qurumlar birləşdirildi

Azərbaycan Butan Krallığını təbrik etdi

Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla