Yuxarı

Azərbaycanla eyni taleyə sahibik - AKP

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla eyni taleyə sahibik - AKP

Qarabağ torpağı Azərbaycana məxsusdur. Ermənistan işğalçıdır. Türkiyə sona qədər Azərbaycanın yanındadır.

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik partiyasının Milli Qərar Şurasının iclasından sonra Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlarla bağlı açıqlamalarında deyib.

“Ermənistanın qanunsuz hücumları nəticəsində şəhidlərimiz var. Azərbaycan xalqına başsağlığı diləyirik. Ermənistanın hücumlarını bir daha şiddətlə qınayırıq. Azərbaycan ilə Türkiyə eyni taleyə, eyni gələcəyə sahib iki ölkədir. Kürsümüzdəki bu iki bayraq fotosu bunun rəmzidir. Türkiyə sona qədər Azərbaycanın yanındadır”, - Çelik qeyd edib.

Beynəlxalq ictimaiyyətin Ermənistanın hücumlarını qınamalı olduğunu vurğulayan Ö.Çelik bildirib:

“Qarabağ torpağı Azərbaycanındır. Ermənistan işğalçı tərəfdir. Ermənistan sülhü pozan bir təxribata imza atıb. Ermənistan işğal etdiyi torpaqları tərk etdiyi anda, bu problem öz həllini tapacaq. Minsk Qrupu artıq 30 ildir bu məsələnin həlli istiqamətində heç nə etməyib”.

Tarix
2020.09.29 / 20:49
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla