Yuxarı

Səfirimiz: Bu döyüşçülərə niyə ehtiyacımız olsun? - Tayms

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirimiz: Bu döyüşçülərə niyə ehtiyacımız olsun? - Tayms

Bu günlərdə Böyük Britaniyanın “Tayms” qəzetində guya Türkiyənin Ermənistan silahlı qüvvələri ilə döyüşmək üçün Azərbaycana muzdlu əsgərlər göndərməsi ilə bağlı reallığı əks etdirməyən informasiya dərc olunub.

Axar.az xəbər verir ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin həmin qəzetdə bu qərəzli informasiya ilə əlaqədar cavab məktubu dərc olunub. Səfir həmin informasiyanın müəllifinə yazır:

“Sizin xəbəriniz reallığı əks etdirmir. Özünün yüksək ixtisaslı və lazımi səviyyədə təchiz olunmuş Silahlı Qüvvələri olduğu halda, Azərbaycan başqa bir ölkənin döyüşçülərinə niyə ehtiyac duysun? Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq yalnız hərbi təlimlərin keçirilməsi ilə məhdudlaşır. Digər tərəfdən, indiyədək Yaxın Şərqin bu münaqişəyə cəlb olunması ancaq Livan və Suriyadan olan etnik ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması ilə bağlıdır".

Tarix
2020.10.01 / 20:31
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla