Yuxarı

Birinci Avropa Oyunları “Əl-İttihad”da

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birinci Avropa Oyunları “Əl-İttihad”da

Birləşmiş Ərəb Əmirliklərində ərəb dilində yüksək tirajla dərc olunan nüfuzlu "Əl-İttihad" qəzeti Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının yay turizminin inkişafına təkan verəcəyini yazıb.

 

Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycanın müasir turizm imkanlarından bəhs edən müəllif Nəsrin Dərzi "Sivilizasiyaların mərkəzində füsunkar təbiət" sərlövhəli yazıda may-sentyabr aylarında Azərbaycanın turizm potensialının spesifik xüsusiyyətlərindən bəhs edib.

 

Müəllif bildirib ki, Azərbaycan dövləti ölkənin coğrafi imkanlarını turizmin inkişafı istiqamətində dəyərləndirir və yay mövsümünün turistləri üçün təkcə günəşli çimərliklərdə yox, həm də Qafqaz dağlarının ətəklərində, füsunkar təbiətin qoynunda müalicəvi resurslar, istirahət və gəzinti imkanları təqdim edir. Yazıda jurnalist Nəsrin Dərzi bu il Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarını böyük idman hadisəsi olmaqla bərabər, həm də turizmin təbliğində və inkişafında yeni mərhələ kimi qiymətləndirib. Qeyd olunub ki, Azərbaycan coğrafi mövqeyi, təbiəti, tarixi və müasir inkişaf potensialı baxımından hazırda postsovet məkanında ən çox üz tutulan turizm ölkəsidir. Bu mənada yay mövsümünə təsadüf edən ilk Avropa Oyunları təkcə idman həvəskarlarının yox, eyni zamanda turistlərin də maraq dairəsində olacaq.

Tarix
2015.04.28 / 17:46
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla