Yuxarı

Xankəndi qaranlığa büründü: şəhər sürətlə boşalır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020.10.12, 22:47

Azərbaycanın işğal altında saxlanılan Xankəndi şəhərinin qaranlığa büründüyü haqda erməni mediası reportajlar yayıb.

Axar.az xəbər verir ki, Ermənistan mediası evlərdə işıqların yanmamasına səbəb kimi insanların atəşkəsə inanmadığını və buna görə də sığınacaqlarda olduğunu qeyd edib. Guya “hər işıq” PUA-lar üçün hədəf ola bilər.

Ancaq maraqlıdır ki, videolarda hər binada bir və ya bir neçə mənzildə işığın yandığı görünür. Əgər doğrudan da işıq Azərbaycan PUA-ları üçün “hədəf”dirsə, onda binada ümumiyyətlə bir mənzildə belə işıq yanmamalı idi.

Bəs, niyə binada yaşayanlar içərisində işığı yandırmağa cəsarət edənlər var və onların binanı “hədəfə çevirməsinə” digərləri etiraz etmirlər?

Əsl həqiqət tamamilə başqadır. Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəf almır və bu, hamının bildiyi həqiqətdir!

Məsələ ondadır ki, onsuz da acınacaqlı vəziyyətdə olan və dolanışığın həddən artıq çətin olduğu işğaldakı ərazilərimizdə müharibənin başladığı ilk gündən ciddi ərzaq çatışmazlığı özünü göstərdi. Hətta Xankəndidə dükanlarda ərzağın qurtarması səbəbindən cəmi bir mağazanın işlədiyi, onun da əsasən zəruri qida məhsulları, o cümlədən çörək satdığı bildirilirdi. Qeyd edilirdi ki, un Xankəndiyə Ermənistandan gətirilir. Hazırda isə müharibə şəraiti olduğu üçün un gəlmir və və ya çox az gəlir, bu səbəbdən də insanlar Xankəndidə aclıq çəkirlər.

Xankəndidən kütləvi köçün başlamasının səbəbləri illərdir insanların acınacaqlı vəziyyətdə yaşaması, son günlər isə çörək belə tapmamalarıdır. Hazırkı mənzərə də bunun nəticəsidir. Xankəndini böyük əksəriyyət tərk edib, elektrik enerjisi çatışmazlığı səbəbindən isə əksər küçələrin işıqlandırılması dayandırılıb, yalnız mərkəzi küçədə bir hissə işıqlandırılır.

Xankəndi əslində əhəmiyyətli dərəcədə boşaldılıb.

Tarix
2020.10.13 / 14:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan “pik”ə iddia edir, 4 şərti isə… – Sensasion detallar

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla