Yuxarı

İrəvan “pik”ə iddia edir, 4 şərti isə… – Sensasion detallar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox şərhçi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövzulardan danışarkən ikinci dərəcəli, daha dəqiq desək, müşayiətçi amillərə böyük diqqət yetirir. Onların arasında danışıqlar aparan qrupların formatı və tərkibi, görüşlərin yeri, növbəti görüş üçün “xoş xidmət” təmin edən ölkələrin motivasiyası və s. var.

Axar.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.

O bildirib ki, bununla belə, bütün bu rəngarəngliyin arxasında əsas sual kölgədə qalır – iki ölkə arasında gələcək sərhəd məsələsi:

“Ermənistan öz ərazisinin Rusiya imperiyasının və onun bolşevik klonu olan SSRİ-nin ekspansiyasının əvvəlindəki “pik” vəziyyətinə iddia edir. Eyni zamanda o:

- qonşulara münasibətdə genişlənmə siyasətinin hüquqi və ideoloji əsaslarından əl çəkmir;

- Azərbaycana qarşı silahlı təcavüzə görə siyasi və mənəvi məsuliyyətdən imtina edir;

- təcavüzün nəticələrini kompensasiya etmək istəmir;

- nəzarətində olan ərazidə avtoxton sakinlərə (dədə-baba torpağından qovulan azərbaycanlılara – red.) münasibətdə tarixi ədalətin bərpası mövzusunu nəzərdən keçirmək istəmir.

Onun mövqeyinin bu parametrləri belə qənaətə gəlməyə imkan verir ki, erməni siyasi elitası Ermənistanın otuz il əvvəl başladığı münaqişədə uduzan tərəf olması reallığını anlamır və ya qəbul etmək istəmir.

Paşinyanın təşəbbüsü ilə bu gün danışıqlar masasında “çərçivə sülh müqaviləsi” layihəsi dayanır ki, bu da öz hüquqi statusuna görə Azərbaycanın təklif etdiyi hərtərəfli müqavilə deyil, niyyət bəyannaməsidir.

Yuxarıda deyilənləri nəzərə alsaq, siyasi marginalların işğaldan azad edilmiş kəndlərə görə başlatdığı “stəkanda fırtına” ümumerməni gündəmini təbliğ etmək naminə teatr tamaşasından başqa bir şey deyil...”

Tarix
2024.05.09 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəisi ilə birgə onlar da həlak olub - Adlar

Həlak olan İran rəsmilərinin - Fotosu

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla