Yuxarı

Nazir ABŞ nümayəndəsini erməni təxribatı barədə məlumatlandırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir ABŞ nümayəndəsini erməni təxribatı barədə məlumatlandırdı

Oktyabrın 16-da Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə telefon danışığı olub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Axar.az-a bildirilib ki, nazir Ceyhun Bayramov həmsöhbətini bölgədəki son gərginliklə bağlı, o cümlədən Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozması barədə məlumatlandırıb. Ermənistanın məqsədli şəkildə dinc əhalini və mülki infrastrukturu, cəbhə xəttindən çox uzaqda yerləşən şəhər və rayonları atəşə tutması, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket hücumuna məruz qalması və nəticədə ciddi insan itkisinin olması Dövlət Katibinin köməkçisinin diqqətinə çatdırılıb.

ABŞ Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker humanitar atəşkəsə riayət olunmasının və siyasi dialoqun bərpa olunmasının vacibliyini vurğulayıb.

Tarix
2020.10.17 / 03:44
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla