Yuxarı

Gəncə hərbi cinayətini törədən İrəvanın həyasız açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncə hərbi cinayətini törədən İrəvanın həyasız açıqlaması

Gəncəyə bu gecə raket atması ilə 13 dinc sakinin ölümü, 52 nəfərin yaralanmasına səbəb olan Ermənistan rəhbərliyi bu hərbi cinayətini həyasızlıqla gizlətməyə cəhd göstərir.

Axar.az xəbər verir ki, hələ gecə ikən Gəncəyə heç bir hücum edilmədiyi barədə şərəfsiz və alçaq yalan yayan Ermənistan XİN bu gün səhər saatlarında nə qədər həyasızcasına riyakarlıq etdiklərini, deyəsən, “anlayıblar”.

Ötən gecə bütün aparıcı media qurumlarının Gəncəyə ballistik raket zərbəsinin nəticəsələri və dəhşətli dağıntılar, xilasetmə əməliyyatları ilə bağlı yaydığı xəbərlər və canlı yayımların qarşısında Ermənistan MN yalanlarını dəyişməyə məcbur olub. Ermənistan MN ötən gün Ermənistan XİN-in yaydığı məlumatı təkzib edib və Gəncədəki guya “hərbi obyektlərə” zərbə vurulduğu haqda məlumat yayıb.

Beynəlxalq konvensiyalara görə, yaşayış məntəqəsinə yaxın ərazidə yerləşən hərbi obyektlərin belə “Elbrus” ballistik raketi ilə vurulması qadağandır. Digər tərəfdən, Ermənistanın mülki obyektləri, yaşayış ərazilərini vurduğunu təsdiqləyən bütün foto və video dəlillər, qətlə yetirilənlər və yaralılar ortada olduğu halda vurulan ərazini “hərbi obyekt” adlandırması şərəfsizlik, həyasızlıq, əxlaqsızlıqdır.

Qeyd edək ki, Azərbaycan Ordusu artıq Gəncəyə, mülki insanlara hücum edən Ermənistan ordusunun cəzalandırılması əməliyyatını həyata keçirir. Müdafiə Nazirliyinin yaydığı son videolardan aydın görünür ki, düşmənin canlı qüvvəsi və ağır texnikası ağır zərbələrlə məhv edilir.

Tarix
2020.10.17 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla