Yuxarı

Ermənistan şəhərləri raket atəşinə tutur - Güldərə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan şəhərləri raket atəşinə tutur - Güldərə

Humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda olan Azərbaycan şəhərlərini raket atəşinə tutur.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə 18 oktyabr - Dövlət Müstəqilliyimiz Günü münasibətilə keçirilən dəyirmi masada çıxışı zamanı Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə söyləyib.

Səfirin sözlərinə görə, Türkiyə Can Azərbaycanı haqlı mübarizəsində dəstəkləməkdə davam edəcək.

“Dağlıq Qarabağ münaqişəsi BMT-nin qəbul etdiyi qətnamələr və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu münaqişə 30 ilə yaxındır ki, ədalətli həllini tapmır, Türkiyə buna görə münaqişənin həlli ilə məşğul olan vasitəçi ölkələri qınayır. Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam etdiyi üçün Azərbaycan Ordusu uğurlu əks-həmlə əməliyyatlarını aparır”, - deyə Yağmur Əhməd Güldərə əlavə edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapsaydı, Qafqazda sabitlik digər ölkələr üçün nümunə olardı.

Tarix
2020.10.20 / 01:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Rubio ilə danışdı

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla