Yuxarı

Qonşuda helikopter tələb edən silahlı şəxs təslim oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşuda helikopter tələb edən silahlı şəxs təslim oldu

20:53

Zuqdidi şəhərində Gürcüstan Bankının yerli şöbəsində əməkdaşları və müştəriləri dörd saata yaxındır girov saxlayan silahlı şəxs onların azad edilməsi müqabilində 500 min dollar və helikopter tələb edir.

Axar.az Sputnik-ə istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl bankın binasından daha iki girov buraxılıb. Hazırda naməlum şəxsin orada təxminin 15 nəfəri girov saxladığı ehtimal edilir. Hələlik cinayətkarın şəxsiyyəti barədə heç bir məlumat yoxdur. O, kadrlarda üzünü tam örtən qara maskada görünür. Polis həmin şəxsi bank binasına gətirən taksi sürücüsünü tapıb və onun ifadəsini alır.

Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri bir qədər əvvəl Zuqdidiyə gəlib. Girovların azad edilməsi əməliyyatına şəxsən nazirin rəhbərlik edəcəyi gözlənilir.

Hadisə yerinə Zuqdidi polisi və xüsusi təyinatlılar cəlb olunub. Cinayətkarın qumbara və avtomatla silahlandığı bildirilir.

***

Zuqdididə silahlı basqınçının əli qandallı xüsusi təyinatlılar tərəfindən bankın binasından çıxarıldığı bildirilib.

Məlumata əsasən, bütün girovlar sərbəst buraxılıb.

Tarix
2020.10.21 / 22:44
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla