Yuxarı

Vəfa Quluzadənin son açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onunla ölümündən cəmi 2 gün öncə danışmışdıq.

Mərhum politoloq Vəfa Quluzadəyə Publika.az-ın "Siyasətsiz siyasətçi" rubrikasına müsahibə üçün müraciət etmişdik. İndi vaxtı olmadığını, amma mütləq gələcəyini söz vermişdi. Amma... Amma ölüm imkan vermədi. Dünən gecə sabiq dövlət müşavirinin vəfat etdiyini eşitdik.

V. Quluzadənin yayımlanmamış açıqlamasını təqdim edirik.

"Mən həmişə demişəm, yenə deyirəm: Qarabağ probleminin həlli üçün ya Rusiya oyundan çıxmalı, ya da bu ölkənin imperiya ambisiyaları aradan qalxmalıdır. Moskva oyundan çıxmaq istəmir. Çünki Qarabağ münaqişəsi Rusiyanın Azərbaycan və Ermənistan üzərində təsirini və regionda mövcudluğunu gücləndirir. Lazım olanda Ermənistana bir göstərişlə cəbhədə gərginliyi artırır. Yeganə ümid Rusiyanın imperiya ambisiyalarından əl çəkməsidir. Bunu Qərb edə bilər, lakin hələ ki üfüqdə belə bir perspektiv görünmür. İmperiya ambisiyaları Rusiyanın, rus xalqının öz ziyanınadır.

Çünki gec, ya tez bütün imperiyalar kimi bu imperiya da dağılacaq. O zaman, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olacaq. Həmin vaxt Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarını öz istəyi ilə geri qaytaracaq. Bunun konkret nə vaxt baş verəcəyini deyə bilmərəm, lakin mütləq olacaq. Tarix bunu deməyə əsas verir", - deyə V. Quluzadə son açıqlamasında belə demişdi.

Vəfa Quluzadə Qarabağın qayıtdığı günə qədər yaşaya bilmədi. Amma onun ruhu bu günü mütləq səmadan seyr edəcək!

Tarix
2015.05.02 / 11:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla