Yuxarı

Ermənilərin Kəlbəcərdə soydaşlarımıza yaşatdıqları faciə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin Kəlbəcərdə soydaşlarımıza yaşatdıqları faciə...

Çili mediasında Qarabağ hadisələri zamanı doğma yurdundan qovularaq çıxarılmış həmvətənimizin ailəsinin faciəli hekayəsindən bəhs edən məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, Santyaqo şəhərindəki Adolfo İbanyez Universitetində çalışan professor, əslən Kəlbəcər rayonundan olan Şəhriyar Nəsirovun qələmə aldığı “Ağdaban faciəsi: həyatımın ən ağır etirafı” sərlövhəli yazıda Ermənistanın 1992-ci ildə azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən bəhs edilib.

Müəllif qeyd edir ki, ailəsi ilə birgə 8 yaşına qədər Azərbaycanda Kəlbəcər rayonunun Ağdaban kəndində yaşayıb. 1992-ci il aprelin 8-də qəsəbəyə hücum edən ermənilər onun öz doğma yurdunu tərk etmək istəməyən 65 yaşlı nənəsini, 34 yaşlı əmisini öldürüb, babasını və bibisini isə əsir götürüblər. Ümumiyyətlə isə, erməni quldurları kənddə 67 nəfəri öldürüb, 130 evi yandırıb və xeyli insanı əsir götürüb. Şəhriyarın və valideynlərinin hadisədən bir neçə gün əvvəl Şəkiyə gəlməsi onların həyatını xilas edib.

Məqalədə azərbaycanlıların öz vətənlərində məcburi köçkünə çevrilməsinin, doğma yurdlarına geri qayıda bilməməsinin ağrılı mövzu olduğu vurğulanıb. “Ailəmi sarsıdan əsl faciədir. Valideynlərim və yaxın qohumlarım özlərini alçaldılmış vəziyyətdə hiss etdiklərindən bu hekayəni heç bir vaxt danışmırdılar...” - deyə Şəhriyar qeyd edib.

Tarix
2020.10.24 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla