Yuxarı

İrəvan İranla bağlı eyni taktikaya əl atsa da... - "Fiqaro"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan İranla bağlı eyni taktikaya əl atsa da... - "Fiqaro"

Fransanın “Le Fiqaro” qəzetinin Bakıya ezam olunmuş xüsusi müxbiri Emmanuel Qrınzpanın “Bakı Dağlıq Qarabağa necə daxil oldu” sərlövhəli məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Dağlıq Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyündən bəhs edilir.

Məqalənin müəllifi qeyd edib ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən 2 dəfə çoxdur. Bu gün Azərbaycan 1994-cü ildə itirdiyi 20 faiz torpağının intiqamını alır.

Bildirilib ki, Azərbaycanın Ermənistan ərazilərinə müdaxilə etmək niyyəti yoxdur. Ancaq Ermənistan Gorus və Qapandan Azərbaycan ərazilərini atəşə tutur. Onların məqsədi Rusiyanı müharibəyə cəlb etməkdir. Ermənistan qonşu İranla bağlı da eyni taktikaya əl atsa da, istəyinə nail ola bilməyib.

Diqqətə çatdırılıb ki, döyüşlər yalnız Azərbaycan torpaqlarında gedir. Azərbaycan yalnız hərbi obyektləri hədəfə alır.

Müəllif qeyd edir ki, Azərbaycan Ordusuna məxsus PUA-lar bu münaqişədə əsas söz sahibidir və bu ölkənin üstünlüyünü təmin edir. Döyüşlər başlayandan dərhal sonra Ermənistanın rabitə və hava hücumundan müdafiə sistemləri, o cümlədən radarları məhv edilib. Bununla da rəsmi Bakı müharibədə əhəmiyyətli üstünlük qazanıb.

Tarix
2020.10.28 / 01:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla