Yuxarı

Şamil Ayrımdan İlham Əliyevə: Eşq olsun!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamil Ayrımdan İlham Əliyevə: Eşq olsun!

Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, təbrikdə qeyd olunur:

"Döyüş meydanında qazandığınız və 2020-ci il 10 noyabr tarixli bəyanatla təsdiqlənən Qələbə münasibətilə Ali Baş Komandan olaraq Zati-alinizi, qəhrəman Azərbaycan Ordusunu, bu uğurlu mübarizənin arxasında qətiyyətlə dayanan Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Əziz Vətən torpaqlarının azad edilməsi uğrunda aparılan bu müharibədə şəhid olan Azərbaycan əsgərlərinə, Ermənistanın xain hücumları nəticəsində həyatlarını itirən azərbaycanlı bacı və qardaşlarımıza rəhmət diləyir, yararlıların tezliklə sağalmasını arzu edirəm.

Siz “Dağlıq Qarabağ Azərbaycandır!” dediniz və sözünüzü yerinə yetirdiniz. 28 illik işğal müddətində haqqı tapdalanan və əziyyət çəkən Azərbaycan ədaləti öz imkanları hesabına təmin etdi, öz torpaqlarını özü geri aldı. Nümayiş etdirdiyiniz güclü liderlik bacarığınız və Azərbaycan Ordusunun apardığı mübarizə tarixə qızıl hərflərlə yazılacaq.

Necə ki, 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Bakıda bir olduq, necə ki, Azərbaycanın torpaqları işğal altında olarkən dərdiniz dərdimiz oldu, bu gün də Azərbaycanın şanlı Qələbəsinə sevindik, bundan qürur hissi keçirdik.

Azərbaycanın qətiyyətli mübarizəsi nəticəsində imzalanan razılaşmaların regionda davamlı sülh və sabitliyin bərqərar olmasına imkan yaradacağına inanırıq. Ümid edirik ki, Ermənistan artıq işğal və təcavüz siyasətinin nəticə verməyəcəyini anladı.

Əvvəlcədən dediyimiz kimi, bundan sonrakı prosesdə atılacaq addımlarda da Azərbaycanın yanında olacağıq. Digər ölkələrin parlamentlərində Azərbaycanın haqlı mübarizəsi barədə danışmaq və onu müdafiə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Həmişəkindən daha güclü və yüksək səslə deyirik: Eşq olsun Azərbaycan xalqına! Eşq olsun qəhrəman Azərbaycan Ordusuna!"

Tarix
2020.11.30 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla ABŞ-ın bu fəaliyyəti hələ yeni başlayır

Samirə Əfəndi: Qazaxıstanda məni öldürüb atsaydılar... - Video

Xələf Xələfov Hakan Fidanla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşdü

İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi...

Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla