Yuxarı

Hadrutdakı terrora Rusiya MN-dən gözlənilməz reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi Hadrut bölgəsində baş verən erməni təxribatı ilə bağlı açıqlama yayıb.

Axar.az xəbər verir ki, Rusiya MN “tərəflər arasında atəşkəs rejiminin pozulması barədə məlumatları” yoxladığını bəyan edib.

Qeyd edək ki, “tərəflər arasında atışkəs rejimi” deyilən bir anlayış yoxdur və pozula da bilməz. Çünki Azərbaycan Ordusunun Qarabağda üzbəüz durduğu “tərəf” yoxdur və yaxud 10 noyabr Bəyanatına görə, olmamalıdır. Belə ki, razılaşmaya əsasən, erməni ordusu Azərbaycan ərazisini tərk etməli, onların yerləşdiyi ərazidə isə Rusiya sülhməramlıları olmalıdır. Ərazidən çıxmayan erməni silahlısı qanundankənardır və terrorçudur.

Bu qanundankənar və terrorçu ünsürlərdən ibarət 6 nəfərlik dəstə dekabrın 27-də saat 15:30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə 1 hərbçimiz şəhid olub. Bunun ardınca Ordumuzun xüsusi təyinatlıları atniterror əməliyyatına başlayıb və 6 erməni terrorçusunun hamısı məhv edilib.

Rusiya sülhməramlıları “tərəflər arasında” hansısa atəşkəsin pozulmasını yox, o terrorçuların Qarabağda necə qalmasını araşdırmalı və Azərbaycan tərəfinə hesabat verməlidir.

Tarix
2020.12.28 / 21:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla