Yuxarı

Moldova və İsraildən İlham Əliyevə məktub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Respublikasının Prezidenti Nikolaye Timofti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Axar.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Bakı şəhərində yaşayış binasında insan tələfatı və xəsarətlə nəticələnən güclü yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu çətin sınaq anlarında Sizə və həlak olanların ailələrinə Moldova Respublikası xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".

***

İsrailin Akko şəhərinin meri Doktor Şimon Lankri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycanın paytaxtı Bakıda yaşayış binasında yanğın nəticəsində baş vermiş faciə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.

Bu hadisə zamanı çoxlu sayda insanın dəhşətli alovun qurbanına çevrildiyi, nəticədə 15 nəfərin, o cümlədən uşaqların həlak olduğu, onlarca adamın isə ağır xəsarət aldığı faciə barədə xəbər məni dərindən sarsıtdı.

Həlak olanların ailələrinin, bütün Azərbaycan xalqının kədərinə İsrail Dövləti və xalqı adından şərik olduğumuzu bildirir, yaralılara tezliklə sağalmağı arzu edirik. Azərbaycan xalqı üçün bu kədərli və ağır məqamda Sizə və xalqınıza İsrail Dövləti, xalqı, Akko şəhərinin meriyası və çoxsaylı azərbaycanlı icması adından, habelə öz ailəm adından dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinin və yaxınlarının dərdinə şərik olduğumuzu bildirirəm.

Bir neçə ay bundan əvvəl başçılıq etdiyim İsrail nümayəndə heyəti ilə birlikdə Azərbaycanda səfərdə olmuşam. Gözəl Azərbaycan xalqının mehribanlığını, qonaqpərvərliyini və tolerantlığını hiss etmişəm. Buna görə də bu dəhşətli faciəni şəxsi kədərim və itkim kimi qəbul etdim. Bu ağır günlərdə biz Azərbaycan xalqı ilə birlikdə kədərlənirik.

Bu gün İsrail Dövləti və Akko şəhərinin meriyası Azərbaycan və Azərbaycan xalqı ilə bir yerdədir.

Azərbaycan, başın sağ olsun. Allah həlak olanlara rəhmət eləsin!"

Tarix
2015.05.22 / 14:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla