Yuxarı

Qorbaçovun “dəvəquşu siyasəti”: Biabırçı hal... - Knutov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qorbaçovun “dəvəquşu siyasəti”: Biabırçı hal... - Knutov

Bakıda baş verən faciəni qiymətləndirsək, bunda Sovet İttifaqının rəhbərliyi günahkardır. Qorbaçovun “dəvəquşu siyasəti” 30 ildən sonra ortaya çıxan bir çox bəlaya və faciələrə səbəb oldu, bu gün də bu səbəbdən insanlar yenidən ölür və silahlı qarşıdurmalar yaranır. Bir çox problem müzakirə olundu. Vəziyyət kritikləşdikdə isə rəhbərlik dərhal ordunu işə salırdı. 31 il əvvəl, 1990-cı il yanvarın 20-də də belə hadisə baş verdi.

Axar.az xəbər verir ki, bu sözləri Report-a hərbi ekspert Yuri Knutov Bakıda törədilən 20 Yanvar faciəsinə münasibət bildirərkən deyib.

“Bu, dəhşətli faciədir. Moskva rəhbərliyi regionda yaranan vəziyyətə düzgün reaksiya versəydi, faciə də olmazdı. O zaman etirazlar da olmayacaqdı və əlbəttə ki, dinc şəhərə qoşun yeridilməsi kimi vəhşi hərəkət də. Belə olmamalı idi. Xüsusən də öz ölkənin vətəndaşlarına qarşı. Bu vəziyyət Sovet hökumətinin hərəkətsizliyi nəticəsində meydana gəldi”, - o bildirib.

Y.Knutov Azərbaycan xalqına başsağlığı verib və düzgün dərs çıxarmağın ən vacib amil olduğunu qeyd edib: “Vəziyyəti belə həddə çatdırmaq olmaz, problemləri dərhal həll etmək lazımdır. Çoxmillətli Bakının sakinləri özlərini böyük ölkənin qorunan hissəsi kimi hiss etməli idilər. Ancaq hökumətin qəbul etdiyi qərar onun dağılmasına istiqamətlənmişdi. Öz xalqına qarşı ordudan istifadə etmək biabırçı haldır”.

Tarix
2021.01.20 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla