Yuxarı

Rusiya TŞ üzvündən Qarabağ açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya TŞ üzvündən Qarabağ açıqlaması

Qarabağda nəqliyyat kommunikasiyalarının bərpası Rusiya, İran, Türkiyə və Gürcüstan üçün beynəlxalq tranzitin inkişafına xidmət edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev "Rossiyskaya Gazeta"ya şərhində söyləyib.

Nurqaliyev bölgədəki silahlı qarşıdurmanın isti mərhələsinin sona çatmasının erməni və Azərbaycan xalqı arasında dinc həyat, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi üçün yeni imkanlar açdığını və belə bir yanaşmanın artıq göründüyünü qeyd edib:

“Prioritet olaraq dəmiryol və avtomobil kommunikasiyalarının bərpası Ermənistan və Azərbaycanın maraqlarına uyğundur. Qonşu ölkələr — Rusiya, İran, Türkiyə, Gürcüstan da bu kommunikasiyalardan beynəlxalq tranzitin inkişafı üçün istifadə edə biləcəklər”.

O, Qarabağda uzun müddət davam edən münaqişənin hərtərəfli həlli üçün əsas ilkin şərtlərin yaradıldığını da vurğulayıb.

Tarix
2021.01.20 / 19:09
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla