Yuxarı

Paşinyan: Xankəndiyə getmək üçün Bakıdan icazə alın

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus sülhməramlıları fransız jurnalistlərin Azərbaycan akkreditasiyasını göstərmələrini tələb edərək Xankəndiyə girməsinə icazə verməyiblər.

Axar.az Minval.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Fransadan keçmiş bələdiyyə sədrlərindən birinin rəhbərliyi ilə bir qrup jurnalist, ictimai xadim, elm adamı Qarabağa getmək və baş verənləri öz gözləri ilə görmək üçün Ermənistana gəliblər. İrəvanda rəsmi olaraq akkreditə olunublar və Xankəndiyə doğru yola düşüblər. Laçında onları rus sülhməramlıları dayandırıb və soruşublar: "Hara gedirsiniz?"

"Jurnalistlər Qarabağa getdiklərini və akkreditasiyalarını göstərdikdə, sülhməramlılar onları buraxmayıblar. Jurnalistlərə deyilib ki, Ermənistanda alınan akkreditasiya etibarsızdır və onunla Azərbaycana giriş qadağandır. Sülhməramlılar jurnalistlərə deyib: "Girmək istəyirsinizsə, Azərbaycanda akkreditasiyadan keçin".

Nümayəndə heyəti İrəvana - Fransa səfirliyinə qayıdır. Fransa səfiri Conatan Lakot qeyri-rəsmi olaraq Nikol Paşinyanla əlaqə qurur və nələrin baş verdiyini soruşur. Və Nikol ona cavab verir ki, bəli, 11 yanvarda beynəlxalq medianın Qarabağa getmək üçün Azərbaycandan akkreditasiya alması barədə razılığa gəldik və ümumiyyətlə, bütün bu məsələlərə qarışmamaları daha yaxşıdır. Conatan Lakotun susmaqdan başqa çarəsi yox idi", - Minasyan qeyd edib.

Tarix
2021.02.06 / 23:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla