Yuxarı

Erməni müxbirlər: Abu Dabidə də Bakıya məğlub olduq!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni müxbirlər: Abu Dabidə də Bakıya məğlub olduq!

13:14

Xəbər verdiyimiz kimi, bu günlərdə Abu Dabidə 15-ci Beynəlxalq Hərbi Sənaye Sərgisi - IDEX 2021 keçirilir. Sərgidə Azərbaycanın böyük bir pavilyon ilə, Ermənistanın isə kiçik bir güşə ilə təmsil olunması dünya mediasının diqqətindən qaçmayıb.

Axar.az xəbər verir ki, biabırçı məğlubiyyət və kapitulyasiyadan sonra öz “döyüş qüdrətini” göstərmək qərarına gələn ermənilər bu mötəbər sərgidə sadəcə şəkilli bukletlərlə çıxış etməyə “qərar verib”.

Azərbaycan isə bu sərgidə də möhtəşəm qələbəsini və ərazi bütövlüyünün bərpasını əyani şəkildə bütün dünyaya nümayiş etdirməyi yetərincə bacarır. Bizim stendlər Abu Dabidə hamının maraq nöqtəsinə çevrilib. Bunun səbəbi isə Azərbaycan Ordusunun qüdrəti və ölkəmizin hərbi potensialı haqqında məlumatlardır. Hamı o dronları, raketləri, müasir silahları görmək, onlara toxunmaq həvəsindədir.

İndi təsəvvür edin ki, Abu Dabidə nələr baş verib...

Bir tərəfdən Azərbaycan ən müasir silah texnologiyaları ilə dolu nəhəng pavilyon ilə, digər tərəfdə isə Ermənistan öz “hərbi sənaye inciləri” adlı kiçik bir guşədə, heç maketler şəklində də deyil, ağ-qara bukletlər ilə təmsil olunur.

Abu Dabidə baş verənlərin mahiyyətini tam anlamaq üçün IDEX 2021 sərgisində öz stendləri barədə yazan erməni KİV-ə müraciət edək:

“Artıq sərgidən fotolar bütün dünyaya yayılıb. Dünya erməni pavilyonunun, yumşaq desək, necə acınacaqlı vəziyyətdə olduğunu gördü. Xüsusilə bizim stendimizin yanında möhtəşəm Azərbaycan pavilyonu olduğu halda”, - deyə Ermənistanın “Hraparak” nəşri yazır.

Tədbirdə iştirak edən erməni hərbi jurnalistlər də bu müasir sərgidə Ermənistan hərbi sənayesinin bukletlərlə təmsil olunduğunu pisləyiblər:

“Biz biabır olduq. Azərbaycan özünün müasir hərbi sənayesinin bütün nümunələrinin - təkcə modellər deyil, həm də əsl silahların, dronların, raketlərin və s. nümunələrinin - nümayiş olunduğu dəbdəbəli pavilyonla sərgidə təmsil olunurdu. Ermənistan güşəsi isə qəzet köşkünü xatırladırdı”.

Tarix
2021.02.22 / 13:56
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan

Xarici ölkələrin NATO-dakı səfirləri Azərbaycana gələcək

Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi

Pezeşkian Azərbaycanla bağlı göstəriş verdi - Sənayi

Macarıstan prezidenti Əli Hüseynlini təltif etdi

Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdü

Yanacaqdoldurma obyektlərinə yeni tələb qoyuldu

Qafarova Zəngəzur dəhlizi ifadəsini Simonyana izah etdi

Ruslar vurdu: azərbaycanlıların evləri zərər gördü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla