Yuxarı

İrəvandan Suriyadakı terrorçulara silah ötürülüb - Leonkov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvandan Suriyadakı terrorçulara silah ötürülüb - Leonkov

Rusiyalı hərbi ekspert Aleksey Leonkov Vladimir Solovyovun verilişində Ermənistanın Qarabağdakı məğlubiyyətindən danışıb.

Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, Leonkov baş vermiş hadisələrə görə Ermənistan rəhbərliyini günahkar hesab edir.

"Sözdə hər şey gözəl səslənirdi - silaha sarılmaq, Dağlıq Qarabağı müdafiə çağırışı və s. Amma könüllülər hərbi komissarlıqlara gələndə onlara gözləmələrini söylədilər. Qoşunların şimaldakı müdafiə xətti azərbaycanlıların hücumlarına müqavimət göstərirdi. Şimaldan qoşunları geri çəkmirdilər. Çünki oradan bir təhlükənin gözləndiyini söyləyirdilər. Həmin vaxtda ikinci qrup Şuşaya girdi və şəhəri nəzarətə aldı. Məlum oldu ki, cənub cəbhəsi artıq əldən gedib. Şuşanın özü də əslində müdafiəyə hazır deyildi. Başqa sözlə, Paşinyan söz vermişdi ki, Qarabağı müdafiə edəcək və ermənilər yardım gəlsəydi, müqavimət göstərəcəkdilər. Ancaq burada maraqlı faktlar da ortaya çıxıb. Telegram kanallarında yayımlanan məlumatlara əsasən, 2018-ci ildən bəri Ermənistan kifayət qədər silah və sursat alıb", - rusiyalı hərbi ekspert vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın aldığı silahların bir çoxu Suriyadakı terrorçu qruplara daşınıb:

"Silahlar Suriya ərazisindəki terrorçulara İrəvandan ötürülüb. Burada diqqət etməli bəzi məqamlar var. Onlar Suriyada pul qazandılar, ancaq sursatın lazım olduğu Dağlıq Qarabağda müharibə vaxtı heç bir şey alınmadı”.

Tarix
2021.02.23 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla