Yuxarı

Felgenhauer: Nikol "İsgəndər" məsələsində haqlıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Felgenhauer: Nikol "İsgəndər" məsələsində haqlıdır

Həqiqətən "İsgəndər" raketi ətrafında piar çoxdur, amma reallıqda bu raket möcüzə silah deyil.

Axar.az xəbər verir ki, bunu “Haqqin.az”a müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer Paşinyanın "İsgəndər"lərlə bağlı son çıxışını şərh edərkən deyib.

“İsgəndər"in tətbiq təcrübəsi var, amma böyük deyil. Qafqazdakı müharibələrdə çox sayda Toçka-U raket kompleksi istifadə olunub. Bu, "İsgəndər" komplekslərinin analoqudur, fərq yalnız raketlərin uçuş məsafəsindədir. Toçka-U-da uçuş məsafəsi 120 kilometrdir. İndi orduda Toçka-U "İsgəndər"lə əvəz olunub.

Toçka-U aktiv şəkildə II Çeçen savaşında istifadə edilib. Təxminən 200-300 atəş açılıb.

2008-ci ildə Gürcüstanla müharibədə Toçka-U-dan Rusiya tərəfi kütləvi istifadə edib. Təxminən 60 atəş olub. Bu savaşda, həmçinin "İsgəndər" komplekslərindən də bir və ya iki dəfə atəş açılıb. Bəzən hədəfi dəqiq vurur və böyük itkilər olur, bəzən isə kompleks tamam faydasız olur. "İsgəndər"in tətbiqi həlledici nəticələrə gətirib çıxarmır, o, ilk növbədə nüvə döyüş hissəsinin tətbiqi üçün nəzərdə tutulub. Nüvə silahı kimi o effektivdir. Bir-iki raket bəs edir ki, güclü zərər vurasan”, – deyə o bildirib.

Felgenhauerin sözlərinə görə, hələ də Ermənistana İsgəndər-M, yoxsa İsgəndər-E verildiyinə dair heç bir rəsmi açıqlama yoxdur. Bununla belə bu raketlərin nüvəsiz variantının bəzən uğurlu, bəzən də uğursuz olduğunu bildirib.

Hərbi ekspert ermənilərin də son Qarabağ savaşında bu silahdan yararlandığını, amma az effektli olduğunu bildirib:

“Rusiyanın bunu eşitməsi xoş deyil. Rəsmi cavab olmayacaq. Ekspertlər deyəcəklər ki, ermənilər rus silahını nüfuzdan salırlar, çünki özləri heç nə edə bilmirlər. Bu və ya digəri bu mübahisədə haqlıdır. Həqiqətən erməni ordusu hazırlıqlı deyildi, onun hədəf təyinatı yox idi, bu raket isə nüvə başlığı olmayanda effektiv deyil. Belə raketləri nüvə başlıqsız istifadə edən zaman kütləvi atəş açmaq lazımdır”.

Tarix
2021.02.25 / 10:04
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla