Yuxarı

XİN sözçüsü qalmaqallı səfirə cavab verdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN sözçüsü qalmaqallı səfirə cavab verdi - Foto

"Mən möhtərəm Prezidentimiz tərəfindən yürüdülən daxili və xarici siyasətə xidmət etmişəm və həmişə də edəcəm".

 

Axar.az xəbər verir ki, bu açıqlama ilə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev öz Feysbuk səhifəsində çıxış edib.

 

Onun sözlərinə görə, Arif Məmmədovun Azərbaycan haqqında yazdığı fikirləri qınadığını bildirib:

 

"Mən, Azərbaycan Respublikasının vətəndaşı olaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinə sadiq qalaraq, möhtərəm Prezidentimiz tərəfindən yürüdülən daxili və xarici siyasətə xidmət etmişəm və həmişə də edəcəm.

 

Rahat həyat və Avropa ölkələrində sığınacaq almaq məqsədilə belə əməllərə əl atan Arif Məmmədov kimisinin adımızdan danışmağa heç bir haqqı yoxdur. Artıq bir neçə ildir Azərbaycan XİN sistemində deyil, İslam Əməkdaşlıq Təşkilatında işləyən bu şəxsin əməllərini, eləcə də sosial şəbəkələrdə ölkəmizin ictimai-siyasi və mədəniyyət xadimləri, Azərbaycan xalqı və ölkəmiz haqqında yazdığı fikirlərini qəti şəkildə pisləyir və qınayıram. Öz xalqına qarşı təhqir qəbuledilməzdir. Arif Məmmədov Avropadakı havadarları ilə əlbir olaraq Avropa oyunları ilə əlaqədar ölkəmizə qarşı aparılan əks-təbliğat kampaniyasının bariz nümunəsidir.

Texniki parametrlər baxımdan facebook sosial şəbəkəsində hər hansı statusun "like" edilməsi bu fikrin bilavasitə qəbul və ya təsdiq edilməsi mənasını daşımasa da, daha çox "gördüm, oxudum və ya tanış oldum" demək olsa da, onun sosial şəbəkələrdə yaşayış binasında yanğın ilə əlaqədar yazdığı statusunun "like" edilməsi ilə əlaqədar yaranmış anlaşılmazlığa görə üzrxahlığımı bildirirəm. Bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin rəhbərliyi tərəfindən lazımı ölçü götürülmüş və tədbirlər görülmüşdür.

 

Hər bir Azərbaycan vətəndaşı kimi ilk Avropa Oyunları kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsindən fəxr hissi duyuram və ailə üzvlərimlə birlikdə bu tarixi hadisənin canlı şahidi olmağımızı gözləyirik.

 

Bir daha bildirirəm ki, harada olmağımızdan və çalışmağımızdan asılı olmayaraq, əqidə, amal və əməlimlə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hər bir əmrinə müntəzirəm.

 

Hikmət Hacıyev, Azərbaycan Respublikasının vətəndaşı". 

Tarix
2015.06.07 / 16:25
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla