Yuxarı

Əliyevin Oseymini təltif etməsi İƏT-in saytında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin Oseymini təltif etməsi İƏT-in saytında

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytında Azərbaycan Prezidenti İlham Əliyevin İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Oseyminə “Dostluq” ordeni təqdim etməsi barədə material yayımlanıb.

Axar.az xəbər verir ki, saytın xəbərində İƏT-in Baş katibinin bu mükafata Azərbaycanla təşkilat arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə layiq görüldüyü bildirilir.

Qeyd olunur ki, Yusif bin Əhməd əl-Oseymin Azərbaycanın dövlət başçısını torpaqların işğaldan azad edilməsi və böyük Qələbə münasibətilə təbrik edib. O deyib ki, bu bizi çox sevindirir və sizinlə birlikdə, bizim də Qələbəmizdir.

Xəbərdə İƏT-in Baş katibinin Azərbaycanın xarici işlər naziri ilə görüş və birgə mətbuat konfransı keçirdiyi də diqqətə çatdırılıb.

İƏT-in Baş katibinin Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi və Bakıda keçirdiyi görüşlər barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi də materiallar yayıb.

Tarix
2021.04.10 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla