Yuxarı

Azərbaycanlı avtoritetin qətli üçün 1.5 milyon ödənilib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı avtoritetin qətli üçün 1.5 milyon ödənilib

“Albert Rıjiy” ləqəbli qanuni oğru Əli Heydərovu öldürməkdə şübhəli bilinən Mətləb Sultanovun bunu pul müqəbilində etdiyi məlum olub.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ren TV kanalı məlumat yayıb.

Saxlanılan vaxt açıqlama verən M.Sultanov Albert Rıjiyi sifariş əsasında öldürmədiyini bildirib. O, qətli törətməyin ilkin səbəbi kimi kriminal avtoritetin onu söyməsini göstərib.

Lakin telekanalın verdiyi məlumata əsasən, Əli Heydərovun qətli üçün Mətləbə 1.5 milyon rubl (təxminən 34 min manat) verilib. O, bu vəsaitlə Albertin yaşadığı “Al yelkənlər” yaşayış kompleksində mənzil kirayələyib, özü və rəfiqəsini binadakı idman zalına yazdırıb. Həmçinin, qatil cinayətdən sonra gizlənmək üçün ehtiyat mənzil də kirayələyib və elə həmin mənzildə də saxlanılıb.

“112” Teleqram kanalının məlumatına görə, qatil mərhumu bir il ərzində izləyib və şifarişçilərdən əmr gözləyərək uyğun anı seçib.

O, bu müddət ərzində şəxsi həyatına da vaxt ayırmağı unutmayıb. Belə ki, Əli Heydərovla eyni binada qalan Mətləb həmin mənzildə yaxın münasibətlərdə olduğu xanımla birlikdə yaşayıb. Qadın Sultanovun əslində kim olduğunu bilməyib. Mətləb özünü ona iş adamı kimi təqdim edib. Hazırda xanımın hamilə olduğu bildirilib.

Tarix
2021.04.14 / 22:35
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla