Yuxarı

Ermənistanın cinayətlərinə baxılacaq - Avropa Məhkəməsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın cinayətlərinə baxılacaq - Avropa Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası Ermənistanın Azərbaycana qarşı bir sıra cinayətlərinə baxacaq.

Axar.az xəbər verir ki, bu barədə məhkəmədən bildirilib. Şikayət Avropa İnsan Haqları Məhkəməsinə 2020-ci ilin oktyabrında verilib.

Qanun pozuntuları əsasən, ikinci Qarabağ müharibəsi dövründə törədilmiş cinayətlərə aiddir və mülki şəxslərə, habelə mülki və dövlət əmlakına və infrastruktura qarşı hücumları, edamlar, hərbi qulluqçu və mülki şəxslərlə kobud davranma və zədə yetirmə, hərbi əsir ələ keçirmə və saxlamanı əhatə edir.

Bundan əlavə, Azərbaycan 1992-ci ildən bəri bir sıra konvensiyaların pozulmasına, o cümlədən yüz minlərlə azərbaycanlının evlərindən didərgin düşməsinə, müvafiq istintaq aparılmadan Azərbaycan vətəndaşlarına qarşı pis rəftar və onların itkin düşmələrinə, mədəni və dini dəyərlərin məhv edilməsinə görə Ermənistanın cavabdeh olduğunu bildirir.

Tarix
2021.05.12 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla