Yuxarı

İcra başçısı Prezidentin suallarını cavablandırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun açılışında iştirak edib.

Axar.az xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev dövlət başçısının suallarını cavablandırıb:

Səbuhi Abdullayev: Cənab Prezident, icazə verin, bu körpünün tikilməsi ilə bağlı o tərəfdəki 11 kənddə yaşayan 20 min əhali adından Sizə minnətdarlığımı bildirim.

Prezident İlham Əliyev: Onların şəhərlə əlaqəsi necə idi?

Səbuhi Abdullayev: Bu 20 min əhalinin əlaqəsi, ümumiyyətlə, kəsilmişdi.

Prezident İlham Əliyev: Necə gəlirdilər, çayın üstündən keçirdilər?

Səbuhi Abdullayev: Bu çayın yatağının eni 703 metrdir. Bu, bizim ən təhlükəli dağ çaylarından biridir və sululuq burada həddindən çox olur.

Prezident İlham Əliyev: Nə vaxt, payız və qış aylarında?

Səbuhi Abdullayev: Bəli. Biz bu suyu borulara yönləndirirdik, insanlar gedirdilər. Bir güclü yağış yağanda yuyub aparırdı. İnsanlar rayon mərkəzinə gəlməkdən ötrü 30-35 kilometr məsafə qət edirdilər.

Bu layihənin icrası əhalinin məşğulluğunun təmin edilməsində və rayon mərkəzi ilə əlaqəsində mühüm rol oynayır.

Cənab Prezident, Siz o vaxt - 2011-ci ildə Olimpiya Kompleksinin açılışında göstəriş verdiniz ki, biz şəhəri bu tərəfə istiqamətləndirək.

Prezident İlham Əliyev: Bəli, şəhərsalma ilə bağlı.

Səbuhi Abdullayev: Ondan sonra biz bu tərəfdə Peşə Təhsili Mərkəzi, 1 saylı uşaq bağçası, yanğınsöndürmə məntəqəsi inşa etdik. İndi isə Sizin müvafiq Sərəncamınızla 5 hektar ərazidə 160 çarpayılıq xəstəxana tikilir.

Prezident İlham Əliyev: Tikilən xəstəxanadır?

Səbuhi Abdullayev: Bəli, xəstəxana kompleksi tikilir. Artıq bu insanlar işlə təmin olunurlar.

Prezident İlham Əliyev: Şəhər bu tərəfə genişlənir. Artıq gediş-gəliş var. İşə cəlb olunurlar.

Səbuhi Abdullayev: 6-8 dəqiqəyə rayonun mərkəzindədirlər. Amma əvvəl 35 kilometr yol qət edirdilər. Qış aylarında buradan gediş-gəliş yox idi. Ona görə bu əhali Sizə həmişə minnətdardır.

Tarix
2021.05.15 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstan Azərbaycana olan borcunu tam ödədi

Paşinyan Zəngəzur dəhlizinə sadiq olduğunu təsdiqlədi

Bakıda İsrail və Suriya arasında kritik görüş: Barak da qatılır

Trampdan Azərbaycan və Ermənistanla bağlı paylaşım...

Putini bir müsahibə ilə darmadağın etdi...

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla