Yuxarı

AP-da Azərbaycan hesabatı: “Stabilliyi pozmaq üçün…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AP-da Azərbaycan hesabatı: “Stabilliyi pozmaq üçün…”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Avropa Parlamentində "Azərbaycandakı dünyəvilik və regionda dini radikallaşma təhlükəsi" adlı layihə çərçivəsində hazırlanan hesabatın təqdimat mərasimi keçirilib.

Şuradan Axar.az-a verilən məlumata görə, 23 iyun 2015-ci ildə Brüsseldə keçirilən mərasimdə Avropa Parlamentinin üzvləri Culi Vord, Tüne Kelam, Boris Zala və Qiorqiy Hölvenyi, ADA universitetinin prorektoru Fariz İsmayılzadə, Avropa Komissiyasının təmsilçiləri Marqit Palm, Aleksandra Kulmer, Malte Siman, təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəsmiləri, QHT və media nümayəndələri, tədqiqatçılar və digər şəxslər iştirak edib.

80 səhifəlik hesabat müəlliflərinin qənaətinə görə, Azərbaycanın dünyəvilik prinsipinə söykənməsi müxtəlif dini icmaların sülh şəklində bərabər yaşamasına şərait yaradır. Mümkün dini radikallaşma təhlükəsinin qarşısının alınması üçün Azərbaycan dövləti daim hüquqi islahatlar həyata keçirir. Eyni zamanda, hesabatda qeyd olunur ki, mürəkkəb geosiyasi regionda yerləşən ölkə kimi Azərbaycan üçün dini radikallaşma təhlükəsi həmişə mövcuddur. Bunun əsas səbəbi isə bir sıra regional güclərin Azərbaycandakı multikultral mühiti, stabilliyi pozmaq üçün "insan hüquqları müdafiəsi" adı altında müəyyən qrupları dəstəkləməyə çalışmasıdır.

Tədqiqat işində həm Azərbaycan, həm də Qərbin siyasi dairələri üçün mövzu ilə bağlı təkliflər əksini tapıb.

Təqdimat mərasiminin sonunda hesabat ətrafında fikir mübadiləsi aparılıb, ekspertlər iştirakçıları maraqlandıran suallara cavab veriblər.

Tarix
2015.06.24 / 14:54
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla