Yuxarı

İlham Əliyevə hədiyyə edilən qılıncın mənası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevə hədiyyə edilən qılıncın mənası

Türkiyəli nazir Adil Qaraismayıloğlunun Bakıda Prezident İlham Əliyevə qılınc hədiyyə etməsi sual yaratdı: Azərbaycan Prezidentinə qılıncı niyə nəqliyyat və infrastruktur naziri hədiyyə edir, yaxud Türkiyə qılıncı niyə Qaraismayıloğlu ilə göndərdi?

Qaraismayıloğlu Türkiyə tərəfdən Zəngəzur dəhlizi layihəsini koordinasiya edən şəxsdir və Bakıya səfəri də dəhlizin inşası üzərində aparılan işin müzakirəsi, yaxud canlı təmasla müəyyənləşdirilməsi vacib olan məsələlərin dəqiqləşdirilməsi ilə bağlı idi.

Nazirin özü ilə hədiyyə olaraq gətirdiyi qılıncın mənasını görüşün sonundakı dialoqdan anlamaq mümkündür.

İlham Əliyev: Çox təşəkkür edirəm. Bu, barış xəncəridir.

Adil Qaraismayıloğlu: Əlbəttə, barış üçün də lazımdır.

İlham Əliyev: Bu, lazımdır.

Adil Qaraismayıloğlu: Bunu görüncə sülh də olur.

Bu dialoq spontana bənzəmir və hər ifadənin mənası, mesajı var:

- Müharibədən sonra əldə olunmuş sülh pozularsa, güc yolu ilə təmin ediləcək;

- Zəngəzur dəhlizi layihəsindən geri addım atılmayacaq və icrasına mane olanlara qarşı güc tətbiqi yeganə alternativdir;

- Türkiyə “qılıncını” Əliyevin əllərinə verir və bölgədə atacağı addımları öz gücü ilə dəstəkləyəcək.

Qılıncın nəqliyyat və infrastruktur naziri ilə göndərilməsi də cari hədəfin Zəngəzur dəhlizi olduğu deməkdir.

Hərçənd, dialoqun sonunda Qaraismayıloğlu “Bunu (qılıncı) görüncə sülh də olur” sözləri birmənalı deyil: Türkiyə Azərbaycana “qılıncı görməsələr, sülh də olmayacaq”, yəni yenidən “güc yolu ilə həll edin, yanınızdayıq” mesajını verir və bunu həm də bölgədə maraqlı olan bütün tərəflərə ünvanlayır.

Və bu, Bakının qılıncı yenidən qınından sıyıra biləcəyi versiyasını önə çıxarır...

Tarix
2021.05.31 / 09:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla